Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Misir Mərdanovun istirahət etmək vaxtıdır”
“Misir Mərdanovun istirahət etmək vaxtıdır”
12 İyun 2013 / 12:32 / Baxış sayı: 60
Font1 Font2 Font3 Font4

“Misir Mərdanovun əməyini heç kim inkar edə bilməz. O həm təhsil naziri kimi, həm də Yeni Azərbaycan Partiyasının İdarə Heyətində olan zaman da bütün imkanlarını sərf edib. Misir Mərdanov çox yaxşı kadrdır və prezident də bunu dəyərləndirir. O hazırda elmi tədqiqat institutuna rəhbərlik edir və əminik ki, orada da ciddi işlər görəcək”.

Bu açıqlamanı APA-ya YAP İdarə Heyətinin üzvü, Milli Məclisin vitse-spikeri Bahar Muradova verib. O qeyd edib ki, Misir Mərdanovun YAP İdarə Heyətindən uzaqlaşdırılması onun şəxsi ilə bağlı deyil: “Partiya bu qərara verən zaman kim burada daha yaxşı töhfə verə bilər prinsipinə əsaslandı. Yəni imkanlar baxımından. Misir Mərdanovun, ümumiyyətlə kimlərinsə artıq bir balaca istirahət etmək vaxtıdır. Misir müəllimin və digərlərinin çox əməyi olub. Bütün bunlara görə onlara sağ ol deyib, vəzifələri daha enerjili insanlara həvalə etmək lazımdır”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə