Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Limuzin danalar Azərbaycanda
Limuzin danalar Azərbaycanda
12 İyun 2013 / 12:41 / Baxış sayı: 96
Font1 Font2 Font3 Font4

Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) tərəfindən ölkədə 13 heyvandarlıq kompleksinin yaradılmasına indiyədək 54 mln. manat güzəştli kredit ayrılıb.

Nazirlikdən arxiv.bizimxeber.az-a verilən məlumata görə, son illər ərzində Azərbaycanda infrastruktur sahələri, yeni istehsal, emal müəssisələri və s. yaradılır: «Belə sahələrdən biri müasir ətlik və südlük istiqamətli cins iri buynuzlu heyvandarlıq komplekslərinin yaradılmasıdır. Bu məqsədlə 14 350 başlıq südlük və 3 min başlıq ətlik istiqamətli 13 heyvandarlıq kompleksinin yaradılmasına SKMF tərəfindən indiyədək 54 mln. manat güzəştli kredit verilib. Güzəştli kreditlər hesabına həyata keçirilən belə layihələrdən biri də Bərdə rayonunun Mehdili kəndində yerləşən «Qarabağ Aqrar Sənaye Kompleksi» MMC-dir. Cəmiyyətin tərkibinə tutumu 5 min ton olan soyuducu anbar, ət kəsimi fabriki, 2 200 başlıq südlük və 2 min başlıq ətlik istiqamətli heyvandarlıq kompleksi daxildir».

Bu günlərdə SKMF-in maliyyə dəstəyi ilə «Qarabağ Aqrar Sənaye Kompleksi» MMC-yə Macarıstandan yüksək genetik xüsusiyyətlərə malik, 200 baş südlük Holşteyn cinsindən olan damazlıq inəklər, 200 baş ətlik Şarole, Limuzin və Simental cinsindən olan danalar gətirilib. Növbəti mərhələdə əlavə 900 baş Simental cinsli damazlıq inəklərin gətirilməsi planlaşdırılır. İlin sonuna qədər kompleksə Macarıstandan gətirilən cins danaların sayı 10 minə çatdırılacaq.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə