Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Deputatın əmisi qızı məktəbdə bazar açıb
Deputatın əmisi qızı məktəbdə bazar açıb
12 İyun 2013 / 13:19 / Baxış sayı: 56
Font1 Font2 Font3 Font4

Pedaqoq Gülnarə Ağayeva 153 saylı məktəbin rəhbərliyini ittiham edir

“Mirəli İbrahimov adına 153 saylı orta məktəbdə şagirdlərdən pul yığılması ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə daxil olan şikayətlər düzgün araşdırılmır”. Bunu virtualaz.org saytına açıqlamasında həmin məktəbdə psixoloq-müəllimə işləmiş Gülnarə Ağayeva deyib.

G.Ağayevanın sözlərinə görə, şagirdlərdən təmir adı ilə hər ay 15 manat yığılsa da məktəbin binası təmir edilməyib: “Məktəbin tavanı və döşəməsi çöküb, kanalizasiya sistemi işləmir. Binanın 4-cü mərtəbəsi qəzalı vəziyyətdə olduğundan bağlı saxlanılır. Buna görə də yığılan pulların məktəbə xərclənməsi üçün Təhsil Nazirliyinə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, həmçinin mətbuata müraciət etdim”.

G.Ağayeva məktəbdə videoçəkiliş aparıb və həmin kadrları internetdə yerləşdirib. Bundan sonra onun direktor Təranə Paşayeva ilə mübahisəsi yaranıb. Nəticədə G.Ağayeva işdən çıxarılıb.

“Məktəbdə “ölü canlar” var. X və XI sinif şagirdləri pul ödəyərək məktəbə gəlmirlər. Yalnız yoxlama aparılarkən şagirdləri məktəbə çağırırlar. Hətta bu il əlaçı olan şagirdlərdən bir neçəsi il ərzində dərslərdə iştirak etməyib” – deyə G.Ağayeva bildirir.

Qeyd edək ki, G.Ağayeva baş verənlərlə bağlı təhsil naziri Mikayıl Cabbarova da müraciət ünvanlayıb. Müraciədə deyilir ki, deputat Qənirə Paşayevanın əmisi qızı olan direktor Təranə Paşayeva Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən himayə olunur: “Buna görə də məktəblə bağlı bütün şikayətlər geri göndərilir. Texniki işçilər arasında “ölü canların” sayı daha çoxdur. May ayının əvvəlində direktor bütün kollektivdən adambaşına 10 manat toplayıb. Yığılan pulların əmək müqaviləsinin bağlanmasına xərclənəcəyi bildirilib ki, bu da qanuna ziddir”.

Qeyd edək ki, G.Ağayeva məktəb direktoruna qarşı Yasamal Rayon Məhkəməsində iddia qaldırıb. P.S. Səslənən iddialarla bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə