Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Humana” çaylarına qadağa qoyuldu
“Humana” çaylarına qadağa qoyuldu
12 İyun 2013 / 13:47 / Baxış sayı: 44
Font1 Font2 Font3 Font4

“Almaniyanın “Humana” firmasında aparılan yoxlamalar zamanı müxtəlif adlarda çaylar sertfikatlaşdırılmadığı üçün həmin çayların saiışına qadağa qoyulub”. Bunu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövılət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin şöbəsinin müdiri Məsim Babayev bildirib.

Məsim Babayev həmin çayların sertfikatlaşdırılması ilə bağlı sonradan “Humana” firması tərəfindən Dövlət Komitəsinə müraciət olunduğunu söyləiyb: “Aparılan laborator analizlərin nəticəsində melisa və alma qoxulu çaylarında maye göbələkləri normadan artıq olub. “Raziyana” və “Cirə” çaylarında isə kif və maye göbələkləri normadan artıq olduğu üçün həmin məhsullar sertfikatlaşdırılmayıb. Bu çayların ölkəyə idxalı və satışı qadağan olunub. “Humana” firması tərfəfindən də həmin çayların istehlak bazarından yığılması barədə müvafiq göstəriş verilib ”.

Məsim Babayev qeyd edib ki, çox güman ki, bu məhsulların tərkibində kif və maye göbələklərin normadan artıq olması həmin məhsulların daşınması və saxlanılması ilə bağlıdır: “Bu sahədə araşdırma davam etdirilir. Yeni məhsul partiyaları ölkəyə daxil olduqda biz onları da yoxlayacağıq. Əgər normativ tələblərə uyğun olarsa, həmin məhsulların idxalına icazə veriləcək”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə