Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Məleykə Abbaszadə vətəndaşlarla göüşdü
Məleykə Abbaszadə vətəndaşlarla göüşdü
12 İyun 2013 / 13:51 / Baxış sayı: 48
Font1 Font2 Font3 Font4

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Mingəçevir şəhərində vətəndaşları qəbul edib. arxiv.bizimxeber.az Komissiyanın saytına istinadən xəbər verir ki, ümumilikdə qəbulda 30-dək vətəndaş iştirak edib.

Şəhərin Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Mingəçevir və Yevlax sakinləri ilə yanaşı, bir sıra məcburi köçkün rayonlarından olan sakinlər də iştirak etdiblər.

Görüşdə vətəndaşların çoxsaylı müraciətləri, problemləri dinlənilib. Müraciətlər əsasən, bölgə əhalisinin təhsil, təlim-tərbiyə sahəsində qarşılaşdıqları çətinliklərlə bağlı olub.

Bundan başqa, sakinlər Komissiya sədrinə orta məktəblərdə buraxılış imtahanları ilə bağlı təkliflərini, qəbul imtahanlarına dair rəy və sorğularını bildiriblər.  Orta ümumtəhsil müəssisələrində çalışan müəllimlər və gənclər gələcəkdə sınaq imtahanlarının daha çox keçirilməsi təklifi ilə çıxış edib.

Qəbul zamanı TQDK-nın səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti qurumlara göndəriləcək və vətəndaşların problemlərinin həllinə çalışılacaq.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə