Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İranda azərbaycanlı fəal şallaqlandı
İranda azərbaycanlı fəal şallaqlandı
12 İyun 2013 / 13:53 / Baxış sayı: 22
Font1 Font2 Font3 Font4

Təbriz Azad Universitetinin Sosiologiya fakültəsinin tələbəsi Əmir Çəməni barəsində çıxarılmış 40 şallaq cəzası hökmü icra edilib. APA-nın məlumatına görə, azərbaycanlı tələbə İran prezidentini təhqir etməkdə günahlandırılıb. Qərar iyunun 5-də icra edilsə də, xəbər yenicə yayılıb.

Qeyd edək ki, Ə.Çəməni 2012-ci il Təbriz İnqilab Məhkəməsinin birinci şöbəsinin hakimi Rəhim Həmlbər tərəfindən İranın ali dini liderini təhqir etməkdə (6 ay), hakimiyyətə qarşı təbliğat aparmaqda (3 ay) günahlandırılaraq 9 ay azadlıqdan məhrum edilib. Eyni zamanda azərbaycanlı tələbə İran prezidentini təhqir etməkdə ittiham olunaraq 40 şallaq cəzasına məhkum edilib. Ə.Çəməni 2013-cü il yanvarın 13-də həbs edilərək 9 aylıq həbs cəzasını çəkmək üçün Təbriz həbsxanasına salınıb. Hazırda azərbaycanlı tələbə 5 aydır həbsdədir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə