Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Pensiyalar artacaq
Pensiyalar artacaq
12 İyun 2013 / 14:07 / Baxış sayı: 18
Font1 Font2 Font3 Font4

“Yaxın zamanlarda Azərbaycanda əmək pensiyaların baza hissəsinin artırılması nəzərdə tutulur”. arxiv.bizimxeber.az  Kəpəz TV-yə istinadən xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov Gəncədə vətəndaşların qəbulu zamanı jurnalistlərə açıqlamasında bildirib.

Fond sədrinin sözlərinə görə fondun mövcud büdcəsi buna imkan verir: “Dövlət Sosial Müdafiə Fondunun büdcəsində müvafiq vəsait nəzərdə tutulub.

Hazırda imkanlarımız artıq tam formalaşıb. İyun ayının 1-nə Fondun profisiti təxminən 70 milyon manata yaxın idi, iyun ayında da profisitin artımı davam edəcək. Bu isə o deməkdir ki, iyul-avqust ayları üçün artımın başlanması üçün bizim maliyyə vəsaitlərimiz tam formalaşmış olacaq. Düşünürəm ki, pensiyaların baza hissəsinin 15-20% artımı olacaq”. Azərbaycanda pensiyaların baza hissəsi 85 manat təşkil edir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə