Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Əlillərlə bağlı təkliflər parlamentə təqdim olundu
Əlillərlə bağlı təkliflər parlamentə təqdim olundu
12 İyun 2013 / 15:20 / Baxış sayı: 44
Font1 Font2 Font3 Font4

Gənc əlillərin əmək fəaliyyətinə dəstək məqsədilə hazırlanan təkliflər parlamentə və hökumətə təqdim olunub

“Rəvan” Gəncliyə Dəstək İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Fiziki  cəhətdən  qüsurlu gənclərin əmək fəaliyyətinə dəstək” layihəsi yekunlaşır.

arxiv.bizimxeber.az-ın verdiyi məlumata görə, “Fiziki  cəhətdən  qüsurlu gənclərin əmək fəaliyyətinə dəstək” layihəsi çərçivəsində Milli Məclisin Sosial siyasət komitəsi, Dövlət Sosial Müdafiə Fondu, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq edilərək real vəziyyət araşdırılıb,  hazırlanmış ilkin təkliflər dövlət qurumlarının əməkdaşları və QHT təmsilçilərinin iştirakı ilə keçirilən debatda müzakirəyə çıxarılıb.

“Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi rəy və tövsiyələri nəzərə almaqla fiziki cəhətdən qüsurlu gənclərin əmək fəaliyyətinə dəstək məqsədi ilə hazırlanan təklifləri Nazirlər Kabinetinə, Milli Məclisə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Dövlət Sosial Müdafiə Fonduna ünvanlayıb. Eyni zamanda bu təkliflərin QHT-lər tərəfindən dəstəklənməsi və cəmiyyətə çatdırılmasının qanunverici orqan və müvafiq dövlət qurumları qərarlar qəbul edərkən bu məsələləri nəzərə almalarına zəmin yarada biləcəyini nəzərə alaraq, həmin təkliflər əlillər təşkilatlarına da  təqdim edilib. Həmin təkliflər aşağıdakılardır:

– Gənc əlillərin (əlillik dərəcəsi nəzərə alınmaqla) idarə, müəssisə və təşkilatlarda çalışmalarına şəraitin olması üçün idarə, müəssisə və təşkilatların yerləşdikləri bina və qurğularla bağlı milli standartın qəbul edilməsi:

– Dövlət qurumlarında da əlillər üçün iş yerləri ilə bağlı kvota müəyyənləşdirilməsi, dövlət qurumlarında əlillər üçün müəyyən kvotalar üzrə işə götürülmənin statistikasının aparılması;

– Əlillərin kvota üzrə müəyyən olunmuş iş yerlərinə qəbul edilməməsinə, habelə dövlət büdcəsinə vəsait köçürülməməsinə görə müəyyən edilən cərimənin miqdarının artırılması;

– Əlillər Fondu yaradılması və bu cərimələrin həmin Fondda yığılaraq əlillərin sosial-iqtisadi problemlərinin həllinə sərf olunması;

– Müvafiq icra hakimiyyəti orqanlarının əlillərin əməyindən istifadə üçün ixtisaslaşdırılmış iş yerlərinin yeni respublika standartlarını hazırlaması;

– “Təhsil haqqında” Azərbaycan Respublikası qanununda əlillərin təhsil hüquqları ilə bağlı məsələlərin təkmilləşdirilməsi, gənc əlillərin İKT istiqaməti üzrə orta ixtisas təhsili müəssisələrinə, peşə məktəblərinə, o cümlədən yeni yaradılacaq  İnformasiya Texnologiyaları Univer­si­te­tinə güzəştli qəbuluna şərait yaradılması, İKT üzrə  bilik və hazırlıq səviyyələrinin yüksəldilməsi üçün təkmilləşdirmə kurslarına cəlb edilməsi;

– Mobil rabitə şirkətlərinin gənc əlillərin  işə qəbulunda maraqlı olması üçün vətəndaş cəmiyyəti institutları və KİV tərəfindən təbliğati işlərin, maarifləndirmənin aparılması;

– Mərkəzi və yerli icra hakimiyyəti orqanlarında yaradılan və yaradılması nəzərdə tutulan elektron informasiya resurslarında gənc əlillərin işə cəlb edilməsi;

–  Qəzet kiosklarında gənc əlillərin çalışmasına şərait yaradılması.

–  Gənc əlillərin Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərin (bp, Statoil ve s.) sosial layihələrinə cəlb olunması;

– Əlillərin ictimai nəqliyyatdan (avtobuslar və s.) istifadəsi sahəsindəki mövcud problemlərin aradan qaldırılması üçün qanunvericilikdəki tələblərin sərtləşdirilməsi, avtobus və digər ictimai nəqliyyat vasitələrini əlillərin rahat istifadəsi üçün uyğunlaşdırmayan nəqliyyat şirkətləri üçün cərimələrin müəyyən edilməsi.

 Tural

arxiv.bizimxeber.az

 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə