Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Səməd Seyidovun offşor zonada şirkəti aşkarlandı
Səməd Seyidovun offşor zonada şirkəti aşkarlandı
12 İyun 2013 / 15:13 / Baxış sayı: 46
Font1 Font2 Font3 Font4

“DorTexResurs” şirkətinin baş ofisi Moskvada yerləşir, Park İNN otelində isə Bakı ofisi fəaliyyət göstərir; Dövriyyəsi on milyonlarla ölçülən şirkət əsasən elektron biznes əməliyyatlarının, valyuta bazarında nağdsız əməliyyatların təşkili ilə məşğul olur.

Dövlət Dillər Universitetinin rektoru, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun ofşor zonada qeydiyyatdan keçmiş şirkəti aşkarlanıb. Şirkətin adı “DorTexResurs”dir. Bu barədə “Yeni Müsavat”a məlumatlı mənbələrdən məlumat daxil olub.

Şirkətin baş ofisi Moskva şəhəri, Savvinski döngəsi, ev 2-4-6-da yerləşir. Şirkətin baş direktoru, iqtisadi elmlər namizədi Azər Əsgər oğlu Muradovdur. O həm də şirkətin Direktorlar Şurasının üzvüdür. Şirkətin e-mail ünvanı belə adlanır: [email protected]

Şirkətin Bakı ofisi də fəaliyyət göstərir. Bakı ofisinin meneceri Mehriban Muradovadır. Ofis Park İNN otelində (keçmiş “Azərbaycan mehmanxanası”) fəaliyyət göstərir.

Şirkət əsasən elektron biznes əməliyyatlarının, beynəlxalq valyuta bazarında nağdsız əməliyyatların təşkili ilə məşğul olur, dövriyyəsi on milyonlarla ölçülür.

Mənbənin iddiasına görə, hazırda şirkətin təsisçisi Səməd Seyidovla baş direktor Azər Muradov arasında ciddi fikir ayrılığı yaranıb. Buna səbəb gəlirlərin bölüşdürülməsinin tərəfləri qane etməməsidir. S.Seyidov belə hesab edir ki, təsisçi və ilkin kapitalın əsas payçısı kimi gəlirin böyük bir hissəsi ona çatmalıdır. Baş direktor isə belə düşünür ki, bütün idarəetməni özü həyata keçirdiyindən gəlirin çox hissəsi də ona çatmalıdır. Hazırda tərəflər arasındakı münaqişə davam edir və bu hətta müəssisənin dağılmasına da gətirib çıxara bilər.

Yada salaq ki, S.Seyidovun adı son vaxtlar qalmaqallı məsələlərdə hallanır. Bir qədər öncə Hesablama Palatası deputatın rəhbərlik etdiyi universitetdə audit yoxlaması aparmış və ciddi maliyyə çatışmazlığı faktları üzə çıxarıb. Söhbət bir neçə milyon manat dövlət vəsaitinin mənimsənilməsindən gedir. Hesablama Palatası aşkarladığı faktları Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə təqdim edib. Sonuncu da bu faktlar əsasında cinayət işi açıb. İndi də qalmaqallı offşor şirkəti ortaya çıxıb.

Deputatın təsisçisi olduğu “DorTexResurs” şirkəti ilə bağlı bizdə olan məlumatların dəqiqləşdirilməsinə ehtiyac olduğundan hələlik təfsilatını yazmırıq. Müəyyən dəqiqləşdirmələrdən sonra yenidən bu mövzuya qayıdacağıq.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə