Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azərbaycanın notasına cavab gəldi
Azərbaycanın notasına cavab gəldi
12 İyun 2013 / 15:34 / Baxış sayı: 54
Font1 Font2 Font3 Font4

İspaniyanın Xarici İşlər Nazirliyi Azərbaycanın notasına cavab verib. Azərbaycanın İspaniyadakı səfirliyindən “Media forum” saytına verilən məlumata görə, opera müğənnisi Monserrat Kabalyenin işğal edilmiş ərazilərə qanunsuz səfərinə etiraz notası iyunun 11-də cavablandırılıb: “İspaniya tərəfi bir daha təsdiq edib ki, şəxsi təşəbbüslə həyata keçirilən səfərlər İspaniyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq mövqeyini dəyişmir və dəyişə bilməz. İspaniya Azərbaycanın ərazi bütövlüyünü tanıyır”.

Monserrat Kabalye iyunun 4-də Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edib, Şuşada, Xankəndidə olub, iyunun 5-də Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyanla görüşüb. Ermənistan prezidenti Serj Sərkisyan iyunun 8-də Monserrat Kabalyeni “Şərəf” ordeni ilə təltif edib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə