Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Azərbaycandan Ermənistana uçan təyyarədə həmsədrlər olub”
“Azərbaycandan Ermənistana uçan təyyarədə həmsədrlər olub”
12 İyun 2013 / 15:54 / Baxış sayı: 66
Font1 Font2 Font3 Font4

Ermənistanın ilur.am saytı İrəvanın “Zvartnots” aeroportunun mətbuat katibi Gevorq Abramyana istinadən İrəvandan Bakıya uçan təyyarə məsələsi ilə bağlı xəbərə aydınlıq gətirib.

G.Abramyanın sözlərinə görə, mayın 23-də Bakıdan İrəvana təyyarə uçub və həmin təyyarə ATƏT-in Minsk Qrupunun həmsədrlərini Ermənistan paytaxtına gətirib. Həmsədrlər İrəvana enəndən sonra təyyarə yenidən geri – Bakıya qayıdıb.

Qeyd edək ki, dünən İrəvan-Bakı aviareysinin həyata keçirilməsi barədə məlumat vermişdik. Xəbərdə deyilirdi ki, iyunun 11-də İrəvanın Zvartnots aeroportunun rəsmi saytında (www.zvartnots.am) şok xəbər yayılıb. Məlumatda 23.05.2013-cü il tarixə İrəvan, Zvartnots-Bakı istiqaməti üzrə ESW 888 nömrəli reysin cədvəli yerləşdirilib.

Cədvəldə iddia olunur ki, həmin reysi “SV Biznes Aviasiya” aviaşirkəti yerinə yetirir. Təyyarənin İrəvandan uçuş vaxtı kimi saat 19:30, Bakıya eniş vaxtı kimi isə 20:30 göstərilib.

Bu şok effektli xəbərin həqiqətə nə dərəcədə uyğun olmasını ilkin mənbədən dəqiqləşdirmək bəlli səbəblərdən mümkün olmadı. Amma bir sual açıq qalırdı: doğrudanmı belədir?

Məsələyə aydınlıq gətirmək üçün AZAL Dövlət Konserni mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərliyə müraciət etdik. O isə virtualaz.org saytına açıqlamasında yayılan məlumatın həqiqətəuyğun olmadığını bildirdi: “Boş söhbətdir. Belə bir şey yoxdur və ola da bilməz. Həmin informasiya açıq-aşkar təxribatdır”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə