Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Mustafa Hacıbəyli: “Mübarizə davam edir”
Mustafa Hacıbəyli: “Mübarizə davam edir”
12 İyun 2013 / 16:09 / Baxış sayı: 50
Font1 Font2 Font3 Font4

İyunun 12-də Müsavat Məclisinin üzvü Mustafa Hacıbəyli saxlandığı Abşeron Rayon Polis Şöbəsinin təcridxanasından azadlığa buraxılıb. Mustafa Hacıbəyli mayın 28-də Bakının Novxanı kəndində keçirilən bayram mitinqində tutulmuş, 15 sutka müddətinə azadlıqdan məhrum edilmişdi. O, xırda xuliqanlıqda təqsirli bilinib.

“Media forum” saytına danışan Mustafa Hacibəyli deyib: “Həbs olunmağımın səbəbini Azərbaycan Xalq Cümhuriyyətinin yaranması günü Novxanıda keçirilən aksiyada fəal olmağımla, əlimdə meqafon şüarlar səsləndirməyimlə əlaqələndirirəm. Amma məni xuliqanlıqda ittiham etdilər. Əsas odur ki, azadlığa çıxdım, mübarizə davam edir. Həbs müddətində Abşeron Rayon Polis Şöbəsində bir müddət təzyiqlərə məruz qaldım. Ombudsman Aparatının mənim saxlanma şəraitimlə bağlı apardığı monitorinqdən sonra təzyiqlərə son qoyuldu”.

Mustafa Hacıbəyli 1972-ci ildə Zaqatala rayonunun Tala kəndində anadan olub. Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun politologiya fakültəsində ali təhsil alıb. Şərqi Avropada Demokratiyanın İnkişafı İnstitutunun layihəsi əsasında Polşada jurnalistika sahəsi üzrə ixtisaslaşıb.

“525-ci qəzet”in siyasət şöbəsinin müdiri, rus dilində çıxan “Yeni Müsavat” jurnalının redaktoru, “Yeni Müsavat” qəzetinin redaktoru, “Demokrat” qəzetinin baş redaktoru olub.

Qarabağ müharibəsinin iştirakçısıdır. Şuşa şəhərində Milli Qəhrəman Ramiz Qəmbərovun rəhbərlik etdiyi batalyonda hərbi xidmətdə olub. 1992-ci il mayın 8-də Şuşa şəhərinin müdafiəsi uğrunda döyüşlərdə ağır yaralanıb, III qrup müharibə əlilidir. İctimai Palatanın və Milli Şuranın üzvüdür.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə