Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Facebook”un investorları Zukerberqə qarşı
“Facebook”un investorları Zukerberqə qarşı
12 İyun 2013 / 16:50 / Baxış sayı: 14
Font1 Font2 Font3 Font4

“Facebook” sosial şəbəkəsinin illik toplantısında investorlar birinci mərhələdə səhmlərin qiymətinin enməsi ilə əlaqədar şəbəkə rəhbərliyinə iradlarını bildiriblər.

arxiv.bizimxeber.az-ın məlumatına görə, bu barədə The Financial Times yazır.

Səhmdarlar “Facebook”un baş direktoru Mark Zukerberqdən itkiləri müqabilində nə vaxtsa kompensasiya ala biləcəkləri ilə bağlı cavab əldə etməyə çalışıblar. Şəbəkənin sahibi səhmlərinin müəyyən qismini alacağı barədə və ya hansısa məsləhətlər verməkdən imtina edib.

“Bədbəxtlikdən biz səhmlərin dəyərinə nəzarət edə bilmirik, xüsusilə də qısamüddətli perspektivdə” – Zukerberq deyib və uzaq gələcəkdə kotirovkaların yüksəldilməsi üçün çalışacağına söz verib. O, qeyd edib ki, şirkətin rəhbərliyi də birjada hərracların nəticələrindən məyusdur.

Bununla yanaşı, Zukerberq bildirib ki, heç nə onda şirkətin inkişaf strategiyasının düzgünlüyünə şübhə oyatmır.

Tuncay
arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə