Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Məktəblərdə satışı yasaqlanan məhsullar – SİYAHI
Məktəblərdə satışı yasaqlanan məhsullar – SİYAHI
12 İyun 2013 / 17:30 / Baxış sayı: 26
Font1 Font2 Font3 Font4

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi təhsil müəssisələrində qidanın təhlükəsizliyini, tərkibini, qida dəyərliliyini, həcmini, keyfiyyətini və qidanın qəbul şəraitini müəyyən edən yeni dövlət standartı tətbiq edib. Bu barədə arxiv.bizimxeber.az saytına komitənin mətbuat xidmətindən bildiriblər.

Mətbuat xidmətindən deyiblər ki, standartın təhsil qurumlarında və bu qurumlarda qidalanmanı təşkil edən müəssisələrdə icra edilməsi məcburidir. Məktəbəqədər təhsil müəssisələrində uşaqların qidalanmasında istifadə edilməsi üçün tövsiyə olunan əsas qida məhsulları bunlardır:

I kateqoriyalı mal əti, dana əti, qoyun ətinin yağsız növləri, soyudulmuş quş əti, dovşan əti, həftədə ən çoxu 1-2 dəfə termiki emaldan sonra uşaq qidası üçün bişirilmiş sosiskalar, sardelkalar (mal ətindən), kolbasalar, kəsmik və kəsmik məmulatları, acı olmayan pendir növləri, kremsiz şirniyyat növləri.

Ümumtəhsil və ilk peşə təhsili müəssisələrində uşaq və yeniyetmələrin qidalanması zamanı istifadəsinə icazə verilməyən məhsullar arasında isə istifadə müddəti bitmiş və aşağı keyfiyyətli qida məhsulu, bir gün əvvəl hazırlanmış qidalar, xarab olma əlamətləri ilə meyvə-tərəvəz məhsulları, baytarlıq nəzarətindən keçməmiş kənd təsərrüfatı heyvanlarının, balıqların və kənd təsərrüfatı quşlarının bütün növlərinin əti, içalat məhsulları, vəhşi heyvanların əti, suda üzən quşların yumurtası və əti, qabığı çirklənmiş yumurta, həmçinin salmonellyoza görə qeyri-sağlam təsərrüfatdan olan yumurta, çirklənmiş və ya anbar ziyanvericiləri ilə yoluxmuş yarma, un, quru meyvələr və başqa məhsullar var. Ev şəraitində hazırlanmış istənilən qida məhsulu, konservlər, təbii kofe, alkoqollu və energetik içkilər, qazlaşdırılmış içkilər, saqqız, çipslər də qadağan edilən məhsullar arasındadır.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə