Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

BTİ-nin rəisi cərimələndi
BTİ-nin rəisi cərimələndi
12 İyun 2013 / 17:37 / Baxış sayı: 800
Font1 Font2 Font3 Font4

Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin (BTİ kimi tanınır) Bakı şəhər Ərazi İdarəsinin rəisi Şəmsi Şahvələdov cərimələnib. Rəisə Nərimanov Rayon Məhkəməsinin qərarı ilə cərimə kəsilib.

Şəmsi Şahvələdov İnzibati Xətalar Məcəlləsininin 313-1.1-ci (məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə) maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə günahlandırılıb.

Ş.Şahvələdov cərimə olunması ilə razılaşmayaraq cərimənin məhkəmə yolu ilə ləğv olunmasına çalışır.

Qeyd edək ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Vəzifəli şəxslər min manatdan üç min manatadək miqdarda, hüquqi şəxslər üç min manatdan beş min manatadək miqdarda cərimə edilir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə