Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İran Rusiyanı qabaqladı
İran Rusiyanı qabaqladı
12 İyun 2013 / 19:57 / Baxış sayı: 58
Font1 Font2 Font3 Font4

Rusiyanın təsdiqlənmiş qaz ehtiyatları 2012-cu ilin yekunlarına görə 32.9 trilyon kubmetr təşkil edib, bir il əvvəl isə bu göstərici 44.6 trilyon kubmetr qiymətləndirilirdi.

arxiv.bizimxeber.az-ın məlumatına görə, bu barədə BP şirkətinin “Dünya energetikasının statistik icmalı”nın (Statistical Review of World Energy 2013) növbəti buraxılışında bildirilir.

Nəticədə İran üzrə yanacaq ehtiyatları 33.6 trilyon kubmetr göstərici ilə birinci yerdə qərarlaçıb. Bir il əvvəl Tehran 33.1 trilyon kubmetr qaz ehtiyatına malik olmaqla ikinci idi.

BP həmçinin Türkmənistanın ehtiyatını 24.3 trilyondan 17.5 trilyon kubmetrə azaldıb. O cümlədən Qazaxıstan, Azərbaycan və Özbəkistanın ehtiyatlarına da yenidən baxılıb.

Ümumiyyətlə, dünyada qaz ehtiyatları 208.4 trilyondan 187.3 trilyon kubmetrə qədər azalıb. Beləliklə, azalma 21 trilyon kubmetr (yəni 10%) olub ki, bu da dünyanı 7 il qazla təmin etməyə kifayət edirdi. Göstəricilərin kəskin azalmasının səbəbləri məlum deyil.

Tuncay
arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə