Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bayram Səfərovun ŞOK müqayisəsi – Bakı və İrəvan avtobusları
Bayram Səfərovun ŞOK müqayisəsi – Bakı və İrəvan avtobusları
12 İyun 2013 / 18:34 / Baxış sayı: 40
Font1 Font2 Font3 Font4

“Əgər Ermənistan tərəfi ağıllanıb Azərbaycan bayrağı altından keçərsə və işğal etdiyi torpaqlarımızı xoşluqca geri qaytararsa, o zaman Azərbaycan Ermənistana təbii qaz verəcək”. Bunu sayta açıqlamasında “Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri, Şuşa şəhər İcra Hakimiyyətinin başçısı Bayram Səfərov bildirib. O deyib ki, Azərbaycan enerji resursları, o cümlədən neft və təbii qazla zəngin olan dövlətdir.

Azərbaycanda görülən quruculuq işlərinin nəinki Ermənistanda, dünyanın heç yerində görülmədiyini vurğulayan B.Səfərov deyib ki, hazırda Azərbaycan Avropa və digər region ölkələrinə neft-qaz satır: “Ermənilərin ağılları olsa Azərbaycanla xoş münasibət qurub öz gələcəklərini düşünərdilər. Hələ ki, ermənilər bunu etmirlər. Ancaq gələcəkdə Azərbaycana yalvaracaqlar. İndi Ermənistanda əhali qalmayıb”.

Ermənistan Azərbaycan münaqişəsinə də toxunan B.Səfərov qeyd edib ki, Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır: “İşğal altında olan torpaqlarımızın azad olunması hər gün daha da yaxınlaşır. Biz o günü səbrsizliklə gözləyirik. Gec-tez Azərbaycan öz torpaqlarını geri qaytaracaq. Ən yaxın gələcəkdə Azərbaycan xalqı kimi mən də öz torpağıma geri qayıdıb üç rəngli bayrağımızı Şuşada dalğalandıracam. İnşallah möhtərəm prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın üç rəngli bayrağı Qarabağda, indi işğal olunmuş torpaqlarımızda dalğalanacaq. Azərbaycan xalqı prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin və gördüyü işlərin nəticəsini görür. Bütün Azərbaycan xalqı, o cümlədən biz qarabağlılar Prezident İlham Əliyevi çox sevirik və istəyirik, hər zaman bizim prezidentimiz olmasını arzu edirik”.

B.Səfərov Serj Sərkisyanın Azərbaycanla bağlı söylədiyi son açıqlamasına da münasibət bildirib: “Serj Sərkisyan sərsəm adamdır. Onun verdiyi bütün bəyanatları da sərsəmdir. Sərkisyanın heç zaman ağıllı sözü olmayıb. Sarksisyan heç kimdir, ondan prezident olmaz. Bütün dünya da yaxşı bilir ki, Serj Sərkisyan ancaq protokol üzərində prezidentdir. Serj Sərkisyan hətta hər hansı fikir bildirəndə, qərar verəndə belə telefonla zəng edib himayədarından icazə almadan etmir. İndi dünyada Ermənistan deyilən respublika yoxdur. Bu ölkə çoxdan dağılıb gedib. Hərdən xarici telekanallarda Ermənistanı göstərirlər. Oradan Ermənistandakı mövcud vəziyyəti hamımız yaxşı görə bilirik. Sadə bir müqayisə edim. İndi Ermənistanın mərkəzində fəaliyyət göstərən sərnişin avtobusları belə Azərbaycanda ancaq muzeylərdə tapmaq olar. Bütün bunlar Ermənistan iqtisadiyyatının nə dərəcədə ağır olduğunu bir daha göstərir”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə