Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“NBCBank” nizamnamə kapitalının növbəti artımını həyata keçirib
“NBCBank” nizamnamə kapitalının növbəti artımını həyata keçirib
12 İyun 2013 / 18:45 / Baxış sayı: 42
Font1 Font2 Font3 Font4

Bu ay “NBC Bank” ASC-nin səhmdarlarının ümumi yığıncağının qərarı ilə nizamnamə kapitalı 4 mln.manat artırılaraq və bununla bankın məcmu kapitalı 31 mln.manata çatdırılıb.Bu göstərici keçən ilin müvafiq dövrü ilə müqayisədə 85,63% çoxdur.

Bankdan sayta verilən məlumata görə “NBC Bank” ASC-nin məcmu kapitalı sentyabr ayının sonuna kimi 40 mln.manata, oktyabr-dekabr aylarında isə 50 mln.manata çatacağı planlaşdırılır.

Qeyd edək ki, 2012-ci ilin sonunda “NBCBank” ASC-nin səhmdarların ümumi yiğıncağı keçirilmişdir və iclasda bankın kapitalının 2013-cü ilin sonuna qədər 50 mln. manata çatdırılacağına qərar verilmiş və buna uyğun olaraq kapitalın artım planı müəyyən edilmışdir. Bankın kapitalının artımı verilən qərara uyğun həyata keçirilir və iyun ayında artıq üçüncü dəfədir ki, nizamnamə kapitalının artımı təmin edilmişdir.

NBC Bank 1992 – ci ildə “Ruzu” Səhmdar Kommersiya Banki kimi Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən qeydiyyatdan keçib. 17 yanvar 2002-ci ildən adında dəyişiklik edilərək “NBC Bank” ASC adı ilə bank sektorunda fəaliyyətini davam etdirir. NBC Bankın hal-hazırda Baş ofisdən əlavə, Bakı şəhərində 7 və regionlarda 4 filialı fəaliyyət göstərir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə