Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Şirkət rəhbərindən 220 min dollar oğurlayan tutuldu
Şirkət rəhbərindən 220 min dollar oğurlayan tutuldu
13 İyun 2013 / 11:16 / Baxış sayı: 12
Font1 Font2 Font3 Font4

Bakıda daha bir oğurluq faktının üstü açılıb.

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, “Klassik-2” şirkətinin prezidenti Şamil Heydərov bir neçə ay əvvəl Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinə ərizə ilə müraciət edərək “Sədərək” Ticarət Mərkəzində yerləşən özünə məxsus obyektdən oğurluq edilməsi barədə məlumat verib. Şikayətçi qeyd edib ki, naməlum şəxslər obyektin dəmir örtüklü pəncərəsini açma yolu ilə onun xidməti otağında yerləşən seyfdən 210 min ABŞ dolları və 10 min manat oğurlayıblar.

Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi və Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Astara rayon sakini Yusif Bağırov tutulub.

Araşdırmalar zamanı müəyyən edilib ki, Y. Bağırov əvvəllər Ş. Heydərova məxsus firmada işləyib. Y. Bağırov polisə verdiyi ifadəsində oğurluğu xəstə dostunu müalicə etdirməkdən ötür törətdiyini bildirib. Aparılan təhqiqat zamanı bu fakt təsdiqini tapıb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə