Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Kəmaləddin Heydərovun zavodunda etiraz aksiyası
Kəmaləddin Heydərovun zavodunda etiraz aksiyası
13 İyun 2013 / 12:00 / Baxış sayı: 44
Font1 Font2 Font3 Font4

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun himayəsi altında fəaliyyət göstərdiyi bildirilən “AZFP CO.” (Azərbaycan Qida və Qablaşdırma Şirkəti) şirkətində ciddi etirazlar baş qaldırıb. Etirazların ilk mərhələsi dünən 60-a yaxın işçinin şirkətin baş ofisi qarşısında aksiya keçirməsilə baş tutub.

Etirazçıların “Azadlıq”a verdiyi məlumata görə, onların bu hərəkətinə səbəb qanunsuz işdən çıxarılmalarıdır. Onlar bildirirlər ki, şirkətə rəhbərlik edən Ahad adlı əcnəbi vətəndaş işçilərlə kölə kimi rəftar edir, buna narazılığını bildirənlərə isə “kim buranı bəyənmirsə, cəhənnəm olub getsin” deyir. Işçilər buranın Azərbaycan torpaqları olduğunu, onları kiminsə təhqir etmək hüququ olmadığını bildirərək, işçi qüvvəsinin azaldılması vacibdirsə, bunun qanuna uyğun şəkildə həyata keçirilməsini tələb edirlər.

Işçilər onu da bildirib ki, onların tələbləri nəzərə alınmasa, dövlət başçısına müraciət edəcəklər, Prezident Administrasiyası qarşısında tələblərini səsləndirəcəklər.

Onu da əlavə edək ki, “AZFP Co” LTD-nin Kəmaləddin Heydərovun oğlu Tale Heydərov tərəfindən idarə olunduğu bildirilir. Bu şirkət əhali arasında daha çox “Milla” markalı süd və süd məhsullarının istehsalı ilə məşhurdur.

Etirazlarla əlaqədar qarşı tərəfin də fikrini dərc etməyə hazırıq.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə