Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Gezi parkı” referenduma çıxarıla bilər – VİDEO
“Gezi parkı” referenduma çıxarıla bilər – VİDEO
13 İyun 2013 / 12:12 / Baxış sayı: 54
Font1 Font2 Font3 Font4

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə hakim Ədalət və İnkişaf Partiyası İdarə Heyətinin toplantısı başa çatıb. Musavat.com-un “Doğan” agentliyinə istinadən verdiyi məlumata görə, 5 saat davam edən toplantıdan sonra partiya sədrinin müavini Hüseyn Çelik açıqlama verib. O bildirib ki, Gezi parkı ilə bağlı referendum keçirilə bilər: “Bunu referenduma çıxara bilərik. İstanbul xalqından soruşacağıq: Siz burda olanları qəbul edirsinizmi?. İstanbul əhalisi hansı qərarı versə, xalqın qərarı öpülüb başa qoyulacan bir qərardır”.

Hüseyn Çelik Gezi parkındakı aksiya iştirakçılarını dağılışmağa çağırıb: “Gezi parkının boşaldılması lazımdır. Parkı boşaldaq. Orada həyat normala dönsün”.

“Taksim meydanındakı şüarlar söküldü. Bir daha o meydanın işğal edilməsinə icazə verilməyəcək. Gezi parkında da qiyamətə qədər bir aksiyanın davam etməsi hökumət tərəfindən qəbul edilməyəcək”, – Hüseyn Çelik deyib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə