Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Nazirlərin görüşü baş tutmadı
Nazirlərin görüşü baş tutmadı
13 İyun 2013 / 13:04 / Baxış sayı: 40
Font1 Font2 Font3 Font4

Nümayəndə heyətinin başçıları arasında ixtilaf müzakirələrin ləğvinə səbəb olub

Şimali və Cənubi Koreyalar arasında danışıqların taleyi qeyri-müəyyən olaraq qalır. Nümayəndə heyətinin başçıları arasında ixtilaf müzakirələrin ləğvinə səbəb olub. Cənubi Koreya rəsmiləri Şimali Koreyanın danışıqlarda iştirak etmək üçün nümayəndə göndərməkdən imtina etdiyini deyib. Buna səbəb olaraq Şimali Koreyanın Cənubi Koreyanın nümayəndə heyətinin başçısı kimi nazir əvəzinə nazir müavinini təyin etməsindən narazı qalması göstərilib.

Seul danışıqların koordinasiyası üçün nəzərdə tutulan hökümətlərarası telefon xəttinə Şimali Koreyanın zənglərə cavab vermədiyini deyib. Şimali Koreya danışıqların statusu barədə ictimai bəyanat yayımlamayıb.

Seul və Pxenyan keçən həftə gözlənilmədən danışıqlar aparmaq üçün qərar alıb. Hər iki tərəf müştərək lahiyələrin bərpası və bir-birlərindən ayrı düşmüş ailələrin yenidən birləşdirilməsi haqqında müzakirələr aparmağa razılaşıb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə