Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Mirşahin ev bölgüsünə münasibət bildirdi
Mirşahin ev bölgüsünə münasibət bildirdi
13 İyun 2013 / 13:07 / Baxış sayı: 60
Font1 Font2 Font3 Font4

“Əslində hər bir kişi və bir kəs özünü evlə təmin etməlidir və buna Allah, ailəsi və vicdanı qarşısında da borcludur”. Bunu açıqlamasında ANS Şirkətlər Qrupunun vitse-prezidenti, əməkdar jurnalist Mirşahin Ağayev bu yaxınlarda jurnalistlərə veriləcək mənzillərin şəffaf paylanılması məsələsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, indi kimlər üçünsə dövlət ev tikirsə, bunun özü böyük savabdır: “Buna ancaq “çox sağ ol” demək lazımdır. Evlərin şəffaf bölgüsü və sairə bu kimi məsələlər isə sonranın işidir. Hesab etmirəm ki, Prezident Administrasiyasının, Milli Televiziya və Radio və Mətbuat şuralarının işində maneə ola biləcək hər hansı fikirlər səslənsin. Mən bu cür məsələlərə münasibət bildirmək istəmirəm. Mən ümumiyyətlə çalışıram ki, belə məsələlər barədə danışmayım. Çünki mən Teleradio şirkətinin rəhbər şəxslərindən biriyəm və deyim hər bir fikir kiminsə işinə müdaxilə kimi başa düşülə bilər. Mövqeyim odur ki, binanın tikintisini və jurnalistlər arasında mənzil bölgüsünü aparan, bu işlə məşğul olan qurumlar və şəxslərin bu məsələyə münasibət bildirməsi daha yaxşıdır. Əgər ehtiyac olsa, bizim nümayəndələr də bu prosesdə iştirak edə və öz təkliflərini verə bilər. Ancaq bu mənim işim deyil”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə