Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Müstəntiqə sui-qəsd cəhdi – VİDEO
Müstəntiqə sui-qəsd cəhdi – VİDEO
13 İyun 2013 / 13:38 / Baxış sayı: 18
Font1 Font2 Font3 Font4

Böyük tamaşaçı auditoriyasının diqqətlə izlədiyi “Məhkumlar” bədii televiziya serialının 35-ci bölümündə də bir sıra maraqlı hadisələr baş verir.

Belə ki, Xuraman evə gələrkən Solmazın uşağının – nəvəsinin evdə olmadığını görüb Qalibi sorğu-suala edir. Axır ki, Qalib uşağın Adil tərəfindən aparıldığnı söyləyir. Bundan sonra ana-bala arasında böyük bir gərginlik yaşanır.

Zərintacın nəzarəti altında Tunzalə zəhər tökülmüş yeməyi Zər Şahmarın qarşısına qoyur. Yeməkdən bir qaşıq yeyən Şahmar çox duzlu olduğunu söyləyib boşqabı geri itələyir. Sonra həmin yeməkdən Şəbnəm bir qaşıq yeyir. Tunzalə buna mane olmağa çalışsa da, gecikir və Zərintacın gözlərinin içinə baxa-baxa o da o yeməkdən bir qaşıq yeyir…

Müstəntiq Rüstəm Adili Cavad həkimin qəbri üstə gətirir və ona Kamilin ölümündə öz doğma atasının günahkar olduğunu söyləyərək ondan Cavadın qatilini tanıyıb-tanımadığını soruşur. Adil Rüstəmdən bir gün vaxt istəyərək qəbirstanlığı tərk edir. Elə bu zaman Amaliyanın kirayələdiyi muzdlu qatil silahını məzarlıqda tək qalan Rüstəmə tuşlayır və…

Bütün bu hadisələrin necə cərəyan etdiyini bilmək istəyirsinizsə, “Məhkumlar” serialının 35-ci bölümünü bu gün axşam saat 19.10-da ATV kanalında izləməyi unutmayın.

arxiv.bizimxeber.az

 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə