Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Kollecdə rüşvət gəlhagəli
Kollecdə rüşvət gəlhagəli
13 İyun 2013 / 13:52 / Baxış sayı: 136
Font1 Font2 Font3 Font4

Direktor İlqar Mahmudov hər bir tələbədən 450 manat imtahan pulu yığır…

Ali və Orta Ali ixisas məktəblərində yay sessiyasının imtahanlarınna start verilib. Yeni təhsil nazirinin təyinatına əsaslanan gözləntilərin əksinə olaraq tələbələrdən imtahan pulu yığımı daha geniş formada aparılmaqdadır. Kolleclərdə və ali məktəblərdə hazırda akçıq bazar fəaliyyət göstərir. Ən dəhşətli vəziyyət isə orta ali ixtisas səktəblərində hökm sürür.

Bu gün pia.az-a Bakı Humanitar Kollecinin bir qrupp tələbəsi müraciət edib. adlarının açıqlanmasını (onlar adlarnı onsuz da açıqlamadılar), istəməyən tələbələr bildirdilər ki, hazırda kollecdə hər bir tələbədən imtahanlardan kafi qiymət ala bilmək üçün 400-450 manat pul tələb olunur. Pulu verə bilməyənlər isə avtomatik olaraq imtahavnlardan kəsilir. Bildirilir ki, bu pul istisnasız olaraq hər bir tələbədən alınınr.

Tələbələrin bildirdiyinə görə pulu tələbələrdən sinif rəhbərləri yığır. İmkansız tələbələrə isə heç bir haqq tanınılmır. Əgər kiminsə 450 manat deyil, 300, ya da 250 manat ödəmək imkanı varsa, həmin tələbələrə sinif rəhbərlərini bildirirlər ki, onlar heç bir köməklik göstərə bilməzlər. Əgər tələbəninin ailəsinin imtahan pulunu ödəmək imkanı yoxdursa, o zaman tələbəninin valideyni Kollecin direktoru İlqar Mahmudova müraciət etməlidirlər.

Tələbələr bildirirlər ki, İlqar Mahmudov ancaq bir dəfə hansısa tələbəninin valideyninin imkansızlığına görə güzəşt gedir. O da heç də hamı üçün deyil. Valideyn ikinci dəfə xahiş edərsə, İlqar Mahmudov valideynə qapını göstərir və tələbəninin gedib öz savadı ilə imtahan verməsini tələb edir. Amma iş orasındadır ki, tələbə hər nə qədər savadlı olsa da, imtahanlardan kəsilir. Bunu hamı bildiyi üçün tələbələr və valideynlər məcbur olub borc-xərclə də olsa, İlqar Mahmudovun «kəsdiyi xəracı» vermək zorunda qalırlar.

Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq…

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə