Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Klivlend manyak”ı günahını etiraf etmir
“Klivlend manyak”ı günahını etiraf etmir
13 İyun 2013 / 14:42 / Baxış sayı: 14
Font1 Font2 Font3 Font4

On il gənc qızları oğurlayan və öz evində saxlayan “Klivlend manyak”ı Ariel Kastro özünü günahkar bilmir.

arxiv.bizimxeber.az-ın məlumatına görə, Ohayo ştatından olan keçmiş sürücü Kastroya zorlama, cinsi istismar, məcburi hamiləliyin dayandırılması da daxil olmaqla ümumilikdə 329 ittiham irəli sürülüb. Bu cinayətlər ağırlaşdırıcı hallar kimi təsbit olunur və Ohayo ştat qanunlarına əsasən edama bərabərdir. Prokurorluq Kastro üçün ölüm hökmü çıxarmaq niyyətindədir.

Kastronun vəkili isə ümid edir ki, məhkəmənin ağırlaşdırıcı hallarla qətl törətmə və yüksək cəza qərarından qaça biləcəklər.

Xatırladaq ki, ötən ay həbs edilmiş 52 yaşlı Ariel Kastro təxminən on ildir öz evində oğurladığı Mişel Nayt, Amanda Berri və Cin Dexesus adlı qızları gizlədirdi. O, qızları iplə bağlayaraq evdən kənara buraxmayıb. Girov qaldığı müddətdə 26 yaşlı Amanda Berrinin qızı anadan olub. İstintaqın məlumatına görə, ümumilikdə, qızlar bu müddət ərzində beş dəfə hamilə olublar.

Tuncay
arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə