Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Prezidentinə sui-qəsd hazırlayanarın işi məhkəmədə
Prezidentinə sui-qəsd hazırlayanarın işi məhkəmədə
13 İyun 2013 / 15:02 / Baxış sayı: 50
Font1 Font2 Font3 Font4

“Eurovision 2012” mahnı müsabiqəsi ərəfəsində Azərbaycanda terror aktı həyata keçirməkdə təqsirləndiriolən 40 nəfərdən daha bir qrupunun cinayət işi üzrə ibtidai istintaq yekunlaşaraq baxılması üçün məhkəməyə göndərilib.

Samir Sanıyev və digərlərinin cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əfqan Hacıyevin icraatına verilib.

Prosesin hazırlıq iclası isə iyulun 2-nə təyin edilib.

Qeyd edək ki, ötən il musiqi yarışması ərəfəsində Milli Təhlükəsizlik Nazirliyi (MTN) antiterror əməliyyatı keçirib. MTN-in İctimai Əlaqələr Mərkəzininin yaydığı məlumatda b həyata keçirilmiş antiterror əməliyyatı nəticəsində Azərbaycan Respublikasında ictimai-siyasi sabitliyi pozmaq məqsədilə təxribat-pozuculuq və terrorçuluq aksiyalarını planlaşdıran Vüqar Padarovun rəhbərlik etdiyi silahlı birləşmə zərərsizləşdirildiyi xatırladılıb: “Bildirildiyi kimi, xüsusi təlim keçmiş, müxtəlif növ odlu silah, döyüş sursatı, partlayıcı maddə və qurğular, həmçinin digər hərbi ləvazimatlarla təchiz edilmiş silahlı birləşmənin məqsədi Azərbaycanın bir sıra bölgələrində silsilə terrorçuluq hərəkətləri törətmək, ölkədə nəzarətsizlik və hakimiyyətsizlik əhval-ruhiyyəsi, əhali arasında çaşqınlıq və vahimə, etnik və dini zəmində qarşıdurma yaratmaq, sabitliyi pozmaq və beynəlxalq aləmdə respublikanın nüfuzuna xələl gətirmək olmuşdur. Bunun üçün əhali arasında müqəddəs sayılan bir sıra ziyarətgahların, məscidlərin, başqa dini konfessiyalara məxsus ibadət yerlərinin partladılması və digər təhlükəli aksiyaların törədilməsi nəzərdə tutulub. Eyni zamanda, hüquq-mühafizə orqanlarına silahlı basqınlar təşkil etməklə əməkdaşları öldürmək və inzibati binalarda olan silah-sursatı ələ keçirmək planlaşdırılıb. Rusiya Federasiyasının Dağıstan Respublikası ilə həmsərhəd rayonlarda və dağ-meşə massivlərində dəstəyə mənsub silahlı qrupların gizlənəcəyi, müvəqqəti yaşayacağı yerlərin, blindajların və qazmaların hazırlanması nəzərdə tutulub. Azərbaycan Respublikasının ictimai-siyasi həyatını ciddi təhdid edən həmin təhlükəli transmilli cinayətkar silahlı birləşmənin zərərsizləşdirilməsi, terrorçuluq hərəkətlərinin vaxtında qarşısının alınması üçün Milli Təhlükəsizlik Nazirliyi tərəfindən Bakı, Gəncə, Sumqayıt şəhərlərində, Qax, Zaqatala, Şəki, Qusar, Abşeron, Xaçmaz və Şabran rayonlarında irimiqyaslı xüsusi əməliyyatlar keçirilib. Bir sıra hallarda dəstə üzvləri tərəfindən silahlı müqavimətin qarşısı alınıb, o cümlədən Vüqar Padarov məhv edilib, silahlı birləşmənin əksər üzvləri tərkisilah edilərək tutulublar”.

Qeyd olunub ki, təhlükəli transmilli cinayətkar silahlı birləşmənin əsas məqsədlərindən biri “Eurovision-2012” mahnı müsabiqəsi ərəfəsində və keçiriləcəyi zaman Bakı şəhərində ayrı-ayrı qruplar tərkibində terror-təxribat aksiyalarını törətmək, kütləvi şəkildə adamların həlak olması məqsədilə partlayışlar və silahlı basqınlar təşkil etmək olub.

Məlumatda bildirilib ki, yuxarıda qeyd olunan silahlı birləşmənin digər üzvlərinin zərərsizləşdirilməsi, onların planlaşdırdıqları başqa hüquqazidd hərəkətlərin qarşısının alınması məqsədilə davam etdirilən antiterror əməliyyatı nəticəsində dəstənin daha 22 üzvü yaxalanıb. 2012-ci il may ayının 16-da Bakı şəhərinin Nizami rayonunda keçirilən antiterror əməliyyatı zamanı isə silahlı birləşmənin üzvlərindən biri Azərbaycan Respublikanın vətəndaşı Hüseynov Timur Ruslan oğlu MTN-in xüsusi təyinatlılarının təslim olmaq barədə qanuni tələbinə tabe olmayaraq odlu silahdan atəşlər açıblar. Xidməti vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə silahlı müqavimət göstərən Timur Hüseynov məhv edilib. Əməliyyatın gedişində MTN-in 2 əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Əməliyyat zamanı dəstənin rəhbərlərindən biri, beynəlxalq terrorçu şəbəkə tərəfindən Azərbaycanda terrorçuluq aksiyalarının törədilməsi üçün Vüqar Padarovla eyni dərəcədə səlahiyyət verilərək “əmir” təyin edilmiş “Əbu Ubeydə” ləqəbli Saniyev Samir Fəxrəddin oğlu aradan çıxa bilib. Onun tutulması üçün kompleks əməliyyat-axtarış tədbirləri keçirilmiş, bütün əlaqədar orqanlar məlumatlandırılıb. Samir Saniyev Azərbaycanın hüdudlarını tərk etməyə cəhd göstərərkən Qazax rayonunda polis işçiləri tərəfindən yaxalanıb. Bu zaman o, silahlı müqavimət göstərib, tapançadan atəş açaraq polis nəfərini yaralayıb. Samir Saniyev tərksilah edilib, ondan bir ədəd “Steçkin” markalı tapança, ona aid 40 patron və 2 daraq götürülüb.

Silahlı birləşmə üzvlərinin hüquqazidd əməlləri üzrə aparılan istintaq prosesində məlum olan xüsusatlardan əlavə digər yeni faktlar da üzə çıxıb. Müəyyən edilib ki, 2011-ci ilin fevral ayında Dağıstanın Kadar kəndi yaxınlığında təşkil olunmuş “Dağıstan əmirlərinin şurası”nda Azərbaycanda silahlı cihadın edilməsi ilə bağlı müzakirələrdə Vüqar Padarov və barəsində əvvəllər məlumat verilmiş Elmir Nurəliyevlə yanaşı, Samir Saniyev də iştirak edib.

Sonda “əmirlər şurası” tərəfindən Vüqar Padarova, Samir Saniyevə və Elmir Nurəliyevə müvafiq tapşırıqlar və külli miqdarda pul verilib. “Dağıstan cəbhəsinin əmiri” “Saleh” ləqəbli İbrahimxəlil Daudov yaradılmış yeni silahlı birləşməyə “Busra” ləqəbli Vüqar Padarovu “əmir” təyin edib və bu barədə videogörüntülü müraciət sonuncunun mobil telefonunun yaddaşına yazılıb.

2011-ci ilin iyul ayında Vüqar Padarov, Samir Saniyev və Elmir Nurəliyev müxtəlif növdə və sayda silah-sursatla birlikdə mühafizə olunan dövlət sərhədini Rusiya Federasiyasının Dağıstan Respublikasından Qusar rayonu istiqamətində qanunsuz keçərək Azərbaycana gəliblər. Əvvəlcədən əldə olunmuş razılaşmaya əsasən Qusar rayonunda Vüqar Padarov, Samir Saniyev və Elmir Nurəliyevi dəstənin üzvü Əmir Muradov qarşılamış və onları idarə etdiyi avtomaşınla əvvəlcə Sumqayıt şəhərinə aparıb. Samir Saniyev buradan Bakı şəhərinə, Vüqar Padarov, Elmir Nurəliyev və Əmir Muradov isə Zaqatala şəhərinə yola düşüblər.

Eyni zamanda, məlum olub ki, beynəlxalq terror şəbəkəsi tərəfindən Azərbaycanda silsilə terrorçuluq aksiyalarının keçirilməsi, əhali arasında vahimə, etnik və dini zəmində qarşıdurma yaradılması, sabitliyin pozulması və beynəlxalq aləmdə respublikanın nüfuzuna xələl gətirilməsi üzrə verilən göstərişlərin həyata keçirilməsi məqsədilə Vüqar Padarov, Samir Saniyev və Elmir Nurəliyev həmçinin müxtəlif vəzifələr üzrə həm birlikdə, həm də ayrılıqda fəaliyyət göstərmələri barədə təlimatlandırılıblar. Belə ki, tapşırıqlara əsasən, Vüqar Padarov və onun rəhbərlik edəcəyi silahlı dəstənin üzvləri tərəfindən cari ilin aprel ayının əvvəlində Azərbaycan prezidentinin Şimal-Qərb bölgəsinə planlaşdırılan səfəri zamanı dövlət başcısına qarşı terror aktı həyata keçirilməli, habelə eyni vaxtda hüquq mühafizə orqanlarına silahlı basqınlar təşkil edilməli, bu strukturların əməkdaşları öldürülməli və inzibati binalarda olan silah-sursat ələ keçirilməli, əhali arasında müqəddəs sayılan bir sıra ziyarətgahlar, məscidlər və başqa dini konfessiyalara məxsus ibadət yerləri partladılmalı idi. Elmir Nurəliyev isə Vüqar Padarovla əlaqəli şəkildə Bakı şəhərində qeyd olunan terrorçuluq aksiyalarının törədilməsi məqsədilə zəruri məlumatların əldə edilməsi üçün kəşfiyyat işləri apararaq, hücum hədəflərinin, o cümlədən bir sıra dövlət orqanlarının yerləşdikləri ərazilərin sxemlərini, iş rejimini, xidməti personalının sayını, snayper mövqelərini və digər faktorları müəyyənləşdirməli idi. Samir Saniyev öz növbəsində rəhbərlik etdiyi silahlı qrupun üzvləri ilə birlikdə Bakı şəhərində əcnəbilərin daha çox olduqları və qaldıqları yerlərdə, o cümlədən “Hilton Baku” və “JW Marriot Hotel Absheron” və digər mehmanxanalarda, eləcə də hər vəchlə biletlər əldə etməklə “Eurovision-2012” mahnı müsabiqəsinin keçiriləcəyi “Baku Crystal Hall”da və Dövlət Bayraq Meydanında irimiqyaslı partlayışlar törətməyi planlaşdırıb. Bu dəhşətli terrorçuluq aksiyaları törədildikdən, respublikada xaos yaratmağa nail olunduqdan sonra silahlı birləşmənin üzvlərinin Azərbaycanın şimal rayonlarındakı dağ-meşə massivlərində əvvəlcədən hazırlanmış blindajlarda və qazmalarda gizlənmələri və Dağıstandan gələcək əlavə terror qüvvələri ilə birlikdə hərəkət etmələri nəzərdə tutulub. Samir Saniyev və ona “biət” etmiş şəxslər partlayıcı qurğuların hazırlanması məqsədilə külli miqdarda partlayıcı maddələr əldə etmiş, Hüseynov Timur və digərləri isə terror edəcəkləri hədəflər ətrafında müvafiq müşahidələr və dəqiqləşdirmələr aparıblar.

Bundan başqa, məlum olub ki, terrorçuluq aksiyalarını törətmək məqsədilə Samir Saniyev özü ilə gətirdiyi maliyyə vəsaitləri hesabına “Nissan Pathfinder” markalı avtomaşın da alıb: “Onun planına görə, əvvəlcədən tədarük edilmiş partlayıcı maddələr həmin avtomaşına, eləcə də dəstənin digər üzvlərinə məxsus nəqliyyat vasitələrinə yerləşdirilməli, bundan sonra paytaxtın baş meydanında, Azərbaycanın dinamik inkişafının simvollarından olan “Hilton Baku” və “JW Marriot Hotel Absheron” və digər mehmanxanaların avtopark yerlərində saxlanılmalı idi. Timur Hüseynov isə həmin vaxtda beynəlxalq musiqi yarışmasının final mərhələsinə bilet əldə edərək “Baku Crystal Hall”a daxil olmalı və özlərinin xüsusi hazırladıqları, mütəxəssislər tərəfindən “şok bombası” kimi tanınan partlayıcını işə salmalı və nəticədə tamaşaçılar arasında tələfata və xəsarətlərə hesablanmış kütləvi basırığa nail olmalı idi. Eyni vaxtda mehmanxanaların qarşısında saxlanılmış avtomaşınlardakı partlayıcı maddələr məsafədən işə salınmaqla böyük dağıntılarla müşayiət olunan partlayışlar törədilməli idi. Həmçinin eyni üsulla partlayıcı maddələr yerləşdirilmiş daha bir avtomaşının Bayıl qəsəbəsinin Bayraq Meydanına yaxın yaşayış binalarından birinin həyətində partladılması da nəzərdə tutulub. Lakin həyata keçirilmiş qabaqlayıcı antiterror tədbirləri, eləcə də hüquq mühafizə orqanları əməkdaşlarının peşəkarlığı və həyatları bahasına göstərdikləri şücaət nəticəsində kütləvi insan qırğınına səbəb ola biləcək partlayışların və digər terror-təxribat əməllərinin qarşısı vaxtında və qətiyyətlə alınıb”.

Məlumata görə, indiyədək silahlı birləşmənin 40 üzvü yaxalanıb, ümumən onlardan terror-təxribat aksiyalarında istifadəsi nəzərdə tutulan 13 ədəd avtomat silah, 1 ədəd «RPK» tipli əl pulemyotu, 12 ədəd müxtəlif tipli tapança, 3 ədəd karabin, 3424 ədəd müxtəlif çaplı patron, avtomat silah və tapança üçün 66 ədəd daraq, 23 ədəd “RQD-5”, 26 ədəd “F-1” və 3 ədəd “RQ-42” tipli əl qumbarası, xeyli sayda qumbara alışdırıcısı, xüsusi üsulla hazırlanmış müxtəlif partlayıcı qurğular, 2352,22 qram partlayıcı maddə olan plastid, habelə içərisində təxminən 20 kiloqram partlayıcı maddələrin olduğu 2 ədəd hər biri 10 litr tutumlu qablar, 675 qram trotil şaşkası, 19 ədəd partlayıcı qurğunun elektrik partladıcısı, 19 ədəd detonator və kapsul, 48 ədəd «Kenwood» markalı rabitə aparatı, qanunla qadağan edilmiş digər sursat və əşyalar, müxtəlif soyuq silahlar, habelə terrorçuluğu və cihadı təbliğ edən ədəbiyyatlar aşkar edilərək götürülüb. Bundan başqa, əsasən beynəlxalq terrorçulara xas olan xüsusi bilgilərdən və sxemlərdən istifadə olunmaqla diqqəti cəlb etməyən oyuncaq maşının içərisinə partlayıcı maddələr – 438,2 qram plastid, 200 və 75 qramlıq trotil şaşkaları, kapsul, tələfatın və xəsarətin geniş miqyasına hesablanmış dəmir qırıntıları yerləşdirilmiş və məsafədən idarə olunan, 100 metr radiusda canlı qüvvəni məhv etməyə qadir 1 ədəd partlayıcı qurğu aşkarlanaraq götürülüb.

Qeyd olunub ki, götürülmüş partlayıcı qurğuların içərisində adi yoxlayıcı detektorlarla müəyyən edilməsi mümkün olmayan və xarici görünüşünə görə şübhə doğurmayan, əsasən kütləvi tədbirlərin keçirildiyi yerlərdə çoxlu sayda insanların həlak olmasına, onların sağlamlığına zərər vurulmasına səbəb ola biləcək güclü dağıdıcı qüvvəyə malik partlayıcı maddələrin hopdurulduğu adi qəzet bükülüsü olan 1 ədəd silindrik formalı partlayıcı qurğunun dəstə üzvlərindən aşkarlanması beynəlxalq terror şəbəkəsinin niyyət və məqsədlərinin miqyasını aydın şəkildə göstərir.

Qeyd edək ki, saxlanılan 40 nəfərin cinayət işi bir neçə qrupa ayrılıb. Onlardan bir qrupuna hökm oxunub, bir qrupunun işinə isə hazırda məhkəmədə baxılır.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə