Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İmişlidə etiraz aksiyası başladı
İmişlidə etiraz aksiyası başladı
13 İyun 2013 / 15:54 / Baxış sayı: 14
Font1 Font2 Font3 Font4

İcra başçısının müavini: “Mehriban xanımın əli elə açıqdırsa, ona de, bir ev sənə, birini də mənə tikdirsin!”

Bu gün İmişli rayonunda 2010-cu ildə Kür daşqınları (təbii fəlakət) zamanı evləri ziyan görmüş və dövlət tərəfindən heç bir konpensasiya ilə təmin olunmayan vətəndaşlar İcra Hakimiyyətinin qarşısına toplaşıb. Avropa.info-nun hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, vətəndaşların İcra Hakimiyyətinin qarşısına toplanmağının səbəbi isə Fövqəladə Hallar Nazirliyindən komissiya heyətinin rayona gəlməsi olub. İcra başcısı Viliyam Haciyev iş yerində olmadığından vətəndaşları icra başçısın müavini Səlim Səlimzadə qəbul edib.

Səlim Səlimzadə ilə bir yaşlı qadın arasında insident yaşanıb. Yaşlı qadın S.Səlimzadəyə “Sizin əlinizdən bezdim! Ölkə başcısına və birinci xanım Mehriban Əliyevaya şikayət edəcəm, bəlkə onlar mənim evimi tikdirərlər” deyə bildirib.

Cavabında isə S.Səlimzadə deyib ki, “Mehriban xanımın əli elə açıqdırsa, ona de, bir ev sənə, birini də mənə tikdirsin!”.
Onu da qeyd edək ki, Səlim Səlimzadə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəhbəri Mehdi Səlimzadənin qardaşıdır.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə