Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Lalə Şövkət İbrahimbəyovun namizədliyini irəli sürdü
Lalə Şövkət İbrahimbəyovun namizədliyini irəli sürdü
13 İyun 2013 / 16:57 / Baxış sayı: 32
Font1 Font2 Font3 Font4

Milli Şuranın sədri, tanınmış kinodramaturq Rüstəm İbrahimbəyov Azərbaycan Liberal Partiyasının (ALP) prezidentliyə namizədi elan edilib. Bu barədə partiya sədri Əvəz Temirxan məlumat verib. ALP sədrinin sözlərinə görə, rəhbərlik etdiyi partiya 2013-cü il prezident seçkilərində Rüstəm İbrahimbəyovun namizədliyini dəstəkləyəcək.

ALP sədri bildirib ki, R.İbrahimbəyovun namizədliyi partiya lideri Lalə Şövkət tərəfindən irəli sürülüb: “Lalə Şövkət hesab edir ki, indiki durumda Rüstəm İbrahimbəyovun namizədliyi daha optimaldır. Lalə xanım Rüstəm İbrahimbəyovu birmənalı şəkildə dəstəkləyir. Artıq demək istəyirəm ki, Rüstəm İbrahimbəyov Liberal Partiyasının prezidentliyə namizədidir. Liberal Partiyasının Şiyasi Şurası qərar qəbul edib ki, Rüstəm İbrahimbəyov partiyanın namizədi olsun. Liberal Partiyası olaraq biz birmənalı şəkildə Rüstəm bəyi dəstəkləyirik.

Lalə Şövkət özü bu məsələni qoydu ki, R.İbrahimbəyov Liberal Partiyasının prezidentliyə namizədi olsun”-deyə Ə.Temirxan vurğulayıb.

Qeyd edək ki, Milli Şuranın sədri Rüstəm İbrahimbəyovun namizədliyi ətrafında müzakirələr davam edir.(Modern.az)

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə