Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İran-Azərbaycan sərhədi bağlandı
İran-Azərbaycan sərhədi bağlandı
13 İyun 2013 / 17:15 / Baxış sayı: 88
Font1 Font2 Font3 Font4

İranda iyunun 14-də keçiriləcək prezident seçkiləri ilə əlaqədar bu ölkənin Azərbaycanla sərhədləri qapadılıb. Bu faktı bu gün səhər saatlarında Biləsuvar gömrük-küçid məntəqəsində olan “Yeni Müsavat”ın əməkdaşı verib.

Belə ki, iyunun 13-ü səhər saatlarından etibarən sərhəd qapadılıb. İrana səfər edən Azərbaycan vətəndaşları, o cümlədən Naxçıvana gedənlər sərhəddən buraxılmayıblar. Yalnız İran vətəndaşlarına öz ölklərinə geri dönməyə icaza verilib. Dövlət Sərhəd Xidmətinin zabiti bildirib ki, sərhədlər İran hökumətinin qərarı qapadılıb. Bu günlərdə yalnız Azərbaycandan İrana qayıdan İran vətəndaşları və İrandan Azərbaycana qayıdan Azərbaycan vətəndaşları sərhədi keçə biləcək. Seçkilərlə əlaqədar olaraq ən yaxşı halda iyunun 16-dək sərhədlərin qapalı olacağını bildirən DSX zabiti əlavə məlumat verməyib.

Qeyd edək ki, İranın Azərbaycandakı səfirliyi sərhədlərin seçkilərlə əlaqədar qapadılacağı ilə bağlı məlumat verməyib. Bu barədə səfirliyin saytında hər hansı bildiriş yoxdur. Səfirliyin mətbuat xidmətindən bildiriblər ki, sərhədlərin bağlanması ilə bağlı səfirliyə hər hansı təlimat və ya xəbərdarlıq göndərilməyib.

İran-Azərbaycan sərhədinin bağlanması nəticəsində sərhəddə onlarla azərbaycanlı toplaşıb. Onlar bir müddət sərhədin açılacağına ümid edərək ərazidə gözləyiblər. Eyni zamanda Naxçıvana getmək istəyən çoxlu sayda Azərbaycan vətəndaşı hələ də gözləyir. Yerli sakinlər isə bu günə qədər İran hökumətinin hər hansı səbəbdən sərhədləri bağlaması faktı ilə qarşılaşmadığını deyirlər. Sərhəddə taksi xidməti göstərən Biləsuvar sakini bildirdi ki, hətta Aşura günlərində belə İran sərhədi normal fəaliyyətini davam etdirib. Son 20 ildə heç kim sərhədlərin bir neçə günlüyə tamamilə qapadılması faktını xatırlamır.

Qeyd edək ki, bu ilin əvvəlində İran rəsmiləri seçkilər zamanı ölkədə təxribatların hazırlana biləcəyi ilə bağlı xəbərdarlıq etmişdilər. Hətta hakimiyyətyönlü saytlarda Bakı və Dubayda İranda seçki dövründə təxribatların idarə olunduğu mərkəzlərin yerləşəcəyi ilə bağlı xəbərlər yayılmışdı. Ancaq son dövrlərdə iki ölkə münasibətlərində müəyyən yumşalma müşahidə olunurdu. Ancaq sərhədlərin qapadılması onu göstərir ki, İran tərəfinin Azərbaycanla bağlı ciddi etimadsızlığı və yaxud da Azərbaycandan gözlənilən təhlükə riski hələ də qalır. (musavat.com)

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə