Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Aydın Abbasov: “Bizim ailəyə heç bir təzyiq yoxdur”
Aydın Abbasov: “Bizim ailəyə heç bir təzyiq yoxdur”
13 İyun 2013 / 18:16 / Baxış sayı: 38
Font1 Font2 Font3 Font4

Deputat Aydın Abbasov iyunun 13-də “Media forum” saytına açıqlama verib. Aydın Abbasov baş nazirin sabiq birinci müavini Abbas Abbasovun oğludur. Abbas Abbasov hazırda Rusiya Azərbaycan Təşkilatları İttifaqına və Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətinin (“AzərRos”) Ağsaqqallar Şurasına sədrlik edir. Bu həftə Abbas Abbasov bəyanat yayaraq son vaxtlar Azərbaycanda Rusiya əleyhinə kampaniya aparıldığını bildirib və buna kəskin etirazını ifadə edib. Azərbaycanın hakim partiyasının təmsilçiləri və hakimiyyətyönlü bir sıra şəxslər mediaya açıqlamalarında bu bəyanatına görə Abbas Abbasovu qınayıblar.

Deputat Aydın Abbasov “Media forum” saytına deyib ki, atasının son açıqlamalarına görə hər hansı təzyiqlə üzləşməyib: “Bizim ailəyə heç bir təzyiq yoxdur. Heç belə təzyiq üçün əsas da mövcud deyil. Əvvəl necə yaşayıb işləmişiksə, indi də elədir”.

Azərbaycanı tərk edib Rusiyaya getməsi haqda yayılan xəbərləri təkzib edən Aydın Abbasov vurğulayıb ki, o, Bakıdadır, işləri ilə məşğuldur: “İyunun 13-də Milli Məclisin iclasında iştirak etmişəm. Azərbaycandan heç hara getməmişəm, belə bir niyyətim də yoxdur”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə