Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Həmməruzəçilər müxalifətlə görüşdü
Həmməruzəçilər müxalifətlə görüşdü
14 İyun 2013 / 10:37 / Baxış sayı: 22
Font1 Font2 Font3 Font4

İyunun 13-də Avropa Şurası Parlament Assambleyası Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Agramunt və Joseph Debono Grech siyasi partiyaların nümayəndələri ilə görüşüb.

«EL» Hərəkatının sədr müavini Yusif Ağayev deyib ki, əsasən gənc fəalların həbsi, Milli Şuranın yaranması, vahid namizəd, hicab məhbuslarından danışıb: «Bildirdim ki, hökumətin yürütdüyü siyasət daha da sərtləşib. Gənclər həbs olunub. Hicabla bağlı keçirilən dinc nümayiş dağıdılıb. Həmin aksiyaya görə 32 adam əsassız ittihamlarla həbs olunub. Onlardan 24-ü haqqında hökm çıxarılıb. Milli Şuranın vahid namizədinə qarşı əsassız cinayət işinin açıla biləcəyindən danışdıq. O, cinayət məsuliyyətinə cəlb edilib həbs olunacağı halda seçki prosesindən kənarlaşdırıla bilər. Vahid namizəd kimi hamı Rüstəm İbrahimbəyovun adını çəkirdi».
Müsavat Partiyasının başqan müavini Gülağa Aslanlı isə Azərbaycanda Avropa Şurasına olan inamın azalmasını vurğulayıb: «Xüsusən də Strasser-in məruzəsindən sonra Azərbaycanda siyasi məhbusların artdığını diqqətə çatdırdıq. Seçkilərin demokratik keçirilməsi üçün Seçki Məcəlləsinə dəyişiklik olunması, seçki mühitinin yaradılması sahəsində Azərbaycanın demokratik qüvvələrinə yardım göstərməli olduqlarını vurğuladıq.  Vahid namizəd kimi təsdiqlənməsə də, Rüstəm İbrahimbəyovun vahid namizəd olmasının böyük ehtimal olduğu bildirildi».
AXCP sədrini müavini Razi Nurullayev həmməruzəçilərin Azərbaycan müxalifətinə fərqli münasibətindən danışıb: «Xüsusilə müxalifətlə məsləhətləşmələr aparmamaları, bəzən məlumatları birtərəfli qaydada almaları üzərində dayandım. Onu da vurğuladım ki, Parlament Assambleyasının nümayəndələri gəlir, biz də onlara məlumatlar veririk.
Onların hesabat hazırlamalarına kömək edirik. Ancaq dediklərimizin hesabata salınacağına əmin deyilik».
Görüş iştirakçılarının bildirdiyinə görə, Pedro Agramunt deyib ki, onlar gördükləri işlə fəxr edirlər, müxalifətə qarşı fərqli münasibətləri yoxdur. Həmməruzəçilər Milli Şuranın yaradılmasını təqdir edib. Vahid namizəd məsələsində müxalifətin yekdil fikrə gələcəyinə ümid etdiklərini bildiriblər.
Həmməruzəçilər qeyri-hökumət  təşkilatlarının təmsilçiləri ilə də görüşüblər.
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə