Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Türkiyə Avropa Parlamentinə sərt cavab verdi
Türkiyə Avropa Parlamentinə sərt cavab verdi
14 İyun 2013 / 10:56 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Avropa Parlamentinin Gəzi Parkıyla bağlı qətnaməsinə Türkiyə hökuməti sərt reaksiya verib.

Milli.Az TRT-yə istinadən bildirir ki, baş nazir Rəcəb Tayyib Ərdoğanın “qəbul etdikləri qərarları tanımıram” açıqlamasından sonra Xarici İşlər Nazirliyi də bəyanat yayıb. Bəyanatda “heç bir ölkə Türkiyəyə dərs verə bilməz” deyilib.

XİN Avropa Parlamentinin qərarının Türkiyə tərəfindən yox sayıldığını bəyan edib. Açıqlamada Türkiyənin demokratiya, hüquq və insan haqları normalarının inkişafına töhfə verən, nümunəvi ölkə olduğu bildirib: “Zorakılığın qarşısını alma və zorakılığa əl atanları müstəqil məhkəmə qarşısına çıxarma mühüm demokratiya və hüquqi dövlət öhdəliyidir. Son proseslər Türkiyədə demokratiya şüuru və mədəniyyətinin inkişafı prosesində nail olduğu nəticəni də də göstərməkdədir. Heç bir ölkə və ya ölkə qrupu Türkiyəyə bu məsələdə dərs keçə bilməz. Türkiyədəki son proseslər, son illərdə xüsusilə bir çox Avropa şəhərində baş verən hadisələrdən fərqli deyil. Digər hadisələr bu çərçivədə müzakirə edilməz və bu istiqamətdə hər hansı bir reaksiya verilməzkən Türkiyədəki vəziyyətlə bağlı diskussiyanın miqyası Türkiyəyə tətbiq olunan ikili standartın yeni nümunəsidir”.

XİN Avropa Parlamentini digər ölkələrdəki bənzər hadisələrə niyə reaksiya vermədiyini açıqlamağa da çağırıb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə