Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Eldar Namazov xəyanətkar adamdır”
“Eldar Namazov xəyanətkar adamdır”
14 İyun 2013 / 11:39 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

“Azərbaycan xalqı özü tələb edir ki, İlham Əliyev prezident olsun”

Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı, Milli Məclisin sabiq deputatı Əhəd Abıyev gündəmin siyasi mövzuları ilə bağlı özünəməxsus açıqlamalar verib.

arxiv.bizimxeber.az-ın məlumatına görə, icra başçısı publika.az-a müsahibəsində Milli Şura ilə bağlı fikirlərini açıqlayıb. O, deyib ki, Rüstəm İbrahimbəyovu nəinki Azərbaycanda, heç Bakı şəhərində və rayonlarda belə tanıyan yoxdur: “Eldar Namazov isə hakimiyətdən qisas almaq istəyir. Ona görə də indi təxribatla məşğul olur. Vaxtilə Eldar Namazov Prezident Aparatında katiblikdə çalışan zaman bir sıra artıq-əksik hərəkətlər edib, ərizələri oğurlayıb. Onun bu cür nöqsanları aşkar olunandan sonra Eldar Namazov Prezident Aparatından dərhal uzaqlaşdırılıb. Hakimiyyət bu adama etibar edib, inanırdı. Ancaq Eldar Namazov bu etibarı və inamı itirdi. Eldar Namazov xəyanətkar adamdır, o vaxtilə Prezident Aparatına gələn məktubları gizlədib, bəzi gizli danışıqlar aparıb, protokol qaydalarına əməl etməyib. Bütün bunlara görə o Prezident Aparatında tutduğu vəzifədən çıxarılıb. İndi də Eldar Namazov bunlara görə hakimiyyətdən qisas almaq istəyir. Özünü bu cür gülünc vəziyyətə salan adamların prezidentliyə namizədlik iddiası gülünc doğurur. Eldar Namazovun xalqdan heç bir gücü, dəstəyi yoxdur.

Bilirsiniz, indi birinin üzərində cinayət işi var, istəyir ki, cinayət işindən yayınsın. Ona görə də namizədliyini irəli sürüb toxunulmazlıq statusu alır. Digərinin isə pulları mənimsədiyi üçün qaynını tuturlar, indi o da qaynını azadlığa buraxdırmaq üçün bir qrup gəncləri başına toplayıb aksiya keçirməyə cəhd edir. Bütün bunlar isə hamıya məlumdur. Azərbaycanda normal müxalifət mövcud deyil, hamı Prezident İlham Əliyevi istəyir. Ən böyük nailiyyət, ən böyük qələbə Azərbaycanda yaradılan sabitlikdir. Ancaq indi bir sıra qonşu dövlətlərdə böyük qarşıdurmalar yaşanır, tarixi abidələr sökülür, qanlar tökülür və etiraz aksiyaları keçirilir. Bununla da həmin dövlətlər 40-50 il geriyə düşür. Harda qarşıdurma və qardaş qırğını varsa, orada sabitlik olmayacaq. İndi Azərbaycan xalqı da istəməz ki, yenidən Şəhidlər Xiyabanı yaransın. Bu millət heç zaman istəməz ki, ailə və uşaqlar başsız qalsın. Buna kim imkan verər? Azərbaycan xalqı özü tələb edir ki, İlham Əliyev prezident olsun. Bununla da Azərbaycanda sabitlik və inkişaf davam etsin”.

Ə. Abıyev həmçinin ACP lideri Rəsul Quliyevlə bağlı da sərt danışıb: “Rəsul Quliyev artıq dəfn olunub, indi o qəbristanlıq adamıdır. Azərbaycanda Rəsul Quliyevin bundan sonrakı siyasi fəaliyyəti artıq bitib. İndi Rəsul Quliyevin banklara külli miqdarda borcu var. Ağıllı adam olsun, gedib borclarını bağlasın. O, borclarını verməyə pul tapmır, sponsorluq etməyə hardan pul tapacaq?”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə