Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“2” alan şagirdlərin taleyinə aydınlıq gətirildi
“2” alan şagirdlərin taleyinə aydınlıq gətirildi
14 İyun 2013 / 11:55 / Baxış sayı: 54
Font1 Font2 Font3 Font4

Təhsil Nazirliyi (TN) bu il 9-cu sinif buraxılış imtahanından “2” alan şagirdlərin taleyinə aydınlıq gətirib. Nazirlikdən arxiv.bizimxeber.az-a verilən məlumata görə, həmin şagirdlər şəhadətnamə alacaqlar. Hətta yekun qiymət “2” olsa belə, bu, şagirdə verilən şəhadətnamədə əks olunacaq.

TN-dən həmçinin bildirilib ki, ilk peşə-ixtisas təhsili müəssisələrinə sənədlərin qəbuluna avqust ayında başlanılması nəzərdə tutulur. Qəbul prosesi başa çatdıqdan sonra bu məsələ ilə bağlı məlumat veriləcək. Hazırda respublikada fəaliyyət göstərən ilk peşə-ixtisas təhsili müəssisələrində 30343 nəfər təhsil alır ki, onlardan 21909 nəfəri (72.2%) oğlan, 8434 nəfəri (27.8%) isə qızdır.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə