Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bakı-Moskva qatarında bomba həyacanı
Bakı-Moskva qatarında bomba həyacanı
14 İyun 2013 / 11:58 / Baxış sayı: 28
Font1 Font2 Font3 Font4

Dəmiryolunda partlayış təhlükəsinin olması səbəbindən qatarın hərəkəti dayandırılıb

Rusiyanın Dağıstan Muxtar Respublikasının paytaxtı Mahaçqalanın cənub hissəsindəki dəmiryolunda mümkün partlayış səbəbindən Bakı-Moskva qatarının hərəkəti dayandırılıb. Məlumata görə, bu barədə İTAR-TASS-a respublika Daxili İşlər Nazirliyindən (DİN) məlumat veriblər.

Məlumata görə, bu gün səhər saatlarında dəmiryollarına baxış zamanı relslərdə əldəqayırma partlayıcı qurğuya bənzəyən şübhəli əşya tapılıb. Hazırda hadisə yerində xüsusi xidmət orqanları işləyirlər, ərazi nəzarət altına alınıb.

Müvəqqəti olaraq Şimali-Qafqaz dəmiryolunun Mahaçqala sahəsində bütün qatarların hərəkəti dayandırılıb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə