Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Kəmaləddin Heydərovun qəbulunda ŞOK hadisə
Kəmaləddin Heydərovun qəbulunda ŞOK hadisə
14 İyun 2013 / 12:29 / Baxış sayı: 32
Font1 Font2 Font3 Font4

Qadın yerə yıxıldı, əraziyə həkim briqadası çağırıldı

İyunun 14-də fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun Salyan şəhərində vətəndaşların qəbul zamanı bir qadının ürəyi gedib. Buna səbəb kimi qəbulda yaranan sıxlıq göstərilir.

Qaynağımız bildirb ki, saat 10-a təyin olunan qəbul 1 saat gecikib: “Qəbul Fövqəladə Hallar Nazirliyinin Salyan Regional Şöbəsində keçirilir. Hazırda qəbulda 600-ə yaxın vətəndaş var. Nazir onları bir-bir qəbul edir. Buna görə də növbə ləng gedir. Həmin qadın növbədə idi, sıxlıq yarandı və o yerə yıxıldı. Hadisə yerinə təcili yardım briqadası gəlib. Qadına ilkin tibbi yardım göstərirlər. Onun vəziyyəti ağırdır. Həkimlərin sözlərinə reaksiya vermir”. Qaynağımız deyib ki, hazırda qəbulun davam edib-etmədiyi bəlli deyil.

Qeyd edək ki, qəbulda yalnız Şirvan şəhərinin, Sabirabad, Salyan, Neftçala, Hacıqabul, Saatlı, Biləsuvar və İmişli rayonlarının sakinləri, həmin şəhər və rayonlarda müvəqqəti məskunlaşan məcburi köçkünlər iştirak edə bilərlər. Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq. Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə