Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

YAP rəsmisi Vahid Ələkbərova reaksiya verdi
YAP rəsmisi Vahid Ələkbərova reaksiya verdi
14 İyun 2013 / 13:01 / Baxış sayı: 22
Font1 Font2 Font3 Font4

“Vahid Ələkbərovun bu çıxışı onun Vətəni ilə bağlı düzgün mövqeyini göstərir”

Rusiyada fəaliyyət göstərən məşhur azərbaycanlı iş adamı, “LUKOİL” şirkətinin prezidenti Vahid Ələkbərov Azərbaycan mətbuat orqanların müsahibədə deyib: “Mən şəxsən Azərbaycan prezidenti, həm də bütün azərbaycanlıların prezidenti İlham Əliyevi dəstəkləyirəm. Mən də onun növbəti dəfə prezidentliyə namizədliyinin irəli sürülməsinin tərəfdarıyam və bu yöndə olan təşəbbüslərin hamısını dəstəkləyirəm. Bu yaxınlarda mütləq Bakıya gedib, bütün azərbaycanlıların prezidenti İlham Əliyevə dəstək verdiyimi orda da bildirəcəyəm. ”

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə Vahid Ələkbərovun bu açqılaması ilə bağlı fikirlərini sələndirib. “Vahid Ələkbərov Rusiya vətəndaşıdır. O, şübhəsiz ki, xaricdə yaşayan azərbaycanlı kimi ölkəmizdə gedən proseslərlə maraqlanır. Azərbaycanın seçəcəyi sonrakı yol onun üçün də maraqlıdır.
Mənim üçün yaxşı xəbərdir ki, xaricdə yaşayan azərbaycanlıların mütləq əksəriyyəti ölkəmizin gələcəyini prezident İlham Əliyevdə görürlər. Vahid Ələkbərovun İlham Əliyevə simpatiyasını bildirməsi müsbət haldır. Vahid Ələkbərov Azərbaycan vətəndaşı olmasa da, onun şirkəti burada fəaliyyət göstərir, xaricdə də Azərbaycanla bağlı layihələrdə iştirak etməyə çalışır. Vahid Ələkbərovun bu çıxışı onun ana vətəni ilə bağlılığını göstərir. Ələkbərov kimi insanlar bu məsələdə düzgün mövqe tutublar”.

Tural

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə