Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

39 dərəcə isti olacaq
39 dərəcə isti olacaq
14 İyun 2013 / 13:14 / Baxış sayı: 10
Font1 Font2 Font3 Font4

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamenti sabah gözlənilən hava proqnozunu açıqlayıb.

Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin Lent.az-a verdiyi məlumata görə, iyunun 15-i və 16-da Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir.

Gündüz mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun iyunun 15-də gecə 18-23 dərəcə, gündüz 30-35 dərəcə isti olacağı gözlənilir. İyunun 16-da gecə 18-23 dərəcə, gündüz 29-34 dərəcə isti olacaq. Bəzi yerlərdə temperatur 36 dərəcəyə çatacaq.

Azərbaycanın rayonlarına gəlincə, iyunun 15-də və 16-da yağmursuz olacaq. İyunun 15-də mülayim şərq küləyi əsəcək. Aran rayonlarında temperatur gecə 17-22 dərəcə, gündüz 31-36 dərəcə, bəzi yerlərdə 39 dərəcə isti olacaq. Dağlarda gecə 9-14 dərəcə, gündüz 21-26 dərəcə isti qeyə alınacaq.

Azərbaycanın rayonlarında iyunun 16-da temperatur gecə 18-23, gündüz 34-39 dərəcə, dağlarda gecə 9-14 dərəcə, gündüz 23-28 dərəcə isti olacaq.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə