Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Vəkil müvəkkillərinə təklif verdi
Vəkil müvəkkillərinə təklif verdi
14 İyun 2013 / 13:55 / Baxış sayı: 18
Font1 Font2 Font3 Font4

Vəkil Əsabəli Mustafayev məhkəməyə vermək istədiyi şəxslərin adını açıqlamır. O, “Media forum” saytına bəzi şəxslərlə danışıq aparıldığını deyib.

Ötən il Avropa İnsan Hüquqları Məhkəməsi 2003-cü ilin oktyabr hadisələrinə görə məhkum olunmuş 11 nəfər barəsində qərar qəbul edib. Əsabəli Mustafayev deyir ki, müdafiə etdiyi 9 nəfərdən 8-nə 10 min avro, 1-nə isə 12 min avro ödənilib, amma həmin şəxslər ona qonorar verməyib. Vəkil bu problemi məhkəmədə çözmək fikrindədir.

“Media forum” saytı Əsabəli Mustafayevdən kimlərə iddia qaldırdığını soruşub. Vəkil konkret ad çəkmək istəmədiyini vurğulayıb: “Məhkəməyə təqdim olunacaq sənədlər hazırlanır. Bu, hüquqi məsələdir və bir neçə gün vaxt apara bilər. Müdafiəçisi olduğum bəzi adamlar pul verməkdən imtina edir. Bəziləri ilə danışıqlar gedir, ola bilsin, məsələ müsbət həll olundu.

Əslində ortaq məxrəcə gəlməkdə problem olmamalıdır. Söhbət puldan yox, müəyyən prinsiplərdən gedir. Mənim o insanlara belə bir təklifim var: bir qəpik pul istəmirəm, mənə çatmalı olan məbləği keçirsinlər Demokratiyaya Yardım Fonduna. Həbsdə olan fəalların vəkillə təminatına ehtiyac var. Bunu Demokratiyaya Yardım Fondu həyata keçirməlidir, amma büdcəsi boşdur. Aparıb mənə çatası məbləği ora keçirsinlər”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə