Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Oğru dünyası”nın beş nümayəndəsi saxlanıldı
“Oğru dünyası”nın beş nümayəndəsi saxlanıldı
14 İyun 2013 / 14:18 / Baxış sayı: 94
Font1 Font2 Font3 Font4

Batumidə oğru dünyasının beş nümayəndəsi saxlanılıb.

arxiv.bizimxeber.az-ın Gürcüstan DİN-in mətbuat xidmətinə istinadən məlumatına görə, Acarıstan Muxtar Respublikasının və Kriminal Polisin mərkəzi departamentinin əməkdaşları “oğru dünyasına” aid olması ittihamı ilə beş nəfəri saxlayıb.

İstintaq müəyyən edib ki, saxlanılan şəxslər “oğru payı” almaq məqsədilə biznesmenlərə təzyiq göstəriblər.

Mətbuat xidmətinin məlumatına görə, saxlanılan şəxslər ağır cinayətlərə görə dəfələrlə mühakimə edilənlərdir. Ancaq onların kimliyi və nə vaxt saxlanıldığı barədə məlumat verilmir.  Gürcüstan Cinayət Məcəlləsinin 223-cü maddəsi (oğru dünyasına mənsub olma) ilə istintaq başlanıb.

Tuncay
arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə