Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Qəddafinin xəzinəsi Liviyaya qaytarılacaq
Qəddafinin xəzinəsi Liviyaya qaytarılacaq
14 İyun 2013 / 19:12 / Baxış sayı: 6
Font1 Font2 Font3 Font4

CAR hökuməti Liviyanın keçmiş lideri Müəmmar Qəddafinin bu ölkədə olan aktivlərini geri qaytaracağını bildirib.

arxiv.bizimxeber.az-ın məlumatına görə, 2011-ci ildə devrilən və sonradan öldürülən Qəddafinin xəzinəsinə CAR banklarında və korporativ anbarlarda gizlədilən milyardlarda dollar dəyərində qızıl külçələr, almazlar və digər aktivlərd daxildir.

Xəzinənin qaytarılması barədə CAR maliyyə naziri Pravin Qordan və Liviya baş nazirinin dəftərxana naziri Üsəma Əl-Abidlə görüşündə razılıq əldə edilib.

“Qordan Liviya hökumətinin fikri ilə razılaşıb ki, vəsaitlərin və aktivlərin qaytarılması BMT protokollarının müddəalarına əsasən həyata keçiriləcək” – bu barədə CAR maliyyə nazirliyinin açıqlamasında deyilir. Ancaq qaytarılması nəzərdə tutulan xəzinənin məbləği rəsmi açılanmır.

Liviya hökuməti hesab edir ki, Qəddafi bu sərvəti qanunsuz əldə edib və həmin vəsait Liviya xalqına məxsusdur.

Qeyd edək ki, Liviya hakimiyyəti Qəddafinin dünyanın müxtəlif ölkələrində banklarda və lağımlarda saxlanılan aktivlərinin axtarışını davam etdirir. Lakin indiyədək həmin pulların yalnız cüzi bir hissəsini tapmaq mümkün olub.

Tuncay
arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə