Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Aeroport yolunda qəza
Aeroport yolunda qəza
14 İyun 2013 / 15:11 / Baxış sayı: 26
Font1 Font2 Font3 Font4

Sabunçu rayonu ərazisində ağır yol qəzası baş verib.

Bu gün saat 13:10 radələrində Bakı şəhərinin Sabunçu rayonu ərazisində ağır yol qəzası baş verib. Hadisə şahidlərinin verdiyi məlumata görə, Heydər Əliyev prospektinin Sabunçu dairəsi ilə Komsomol dairəsi arasındakı hissəsində, körpünün üzərində 2 “Mercedes” və bir “Renault” markalı avtomobil toqquşub. Qəza nəticəsində taksi kimi fəaliyyət göstərən “Renault” tamamilə yararsız vəziyyətə düşüb və ikiyə qatlanıb.

Hadisə nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılardan birinin vəziyyəti daha ağır olub. Hadisə ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları araşdırma aparır.

Qeyd edək ki, qəzanın baş verdiyi yol həm də “Aeroport şosesi” kimi tanınır.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə