Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Zeev Elkin ticarət əlaqələrindən danışdı
Zeev Elkin ticarət əlaqələrindən danışdı
14 İyun 2013 / 15:46 / Baxış sayı: 32
Font1 Font2 Font3 Font4

“İsrailin Qafqaz ölkələri ilə əlaqələri çox yaxşıdır və bu əlaqələrin gələcək inkişaf üçün potensial var”.

APA-nın “İzrus” saytına istinadən verdiyi xəbərə görə, bu fikirləri hazırda Rusiyada səfərdə olan İsrail xarici işlər nazirin müavini Zeev Elkin bildirib.

Onun sözlərinə görə, Cənubi Qafqazda vaxtaşırı mövcud olan daxili problemlərə rəğmən, İsrail öz xarici siyasətində Qafqaz istiqamətini prioritet sayır: “İsrail Cənubi Qafqazın hər üç ölkəsi ilə məhsuldar dialoq aparır. Xüsusilə Azərbaycanla yaxın münasibətlərimiz yaranıb. Azərbaycanla ticarət dövriyyəmizin həcmi 4 milyard dollara yaxındır. Təəccüblü olsa da, bu, İsrailin Rusiya ilə ticarət dövriyyəsinin həcmindən də çoxdur. Bu yaxınlarda Azərbaycanın xarici işlər naziri İsrailə tarixi səfər edib. İkitərəfli əlaqələrin bir çox sahələri üzrə müzakirələr aparılıb”.

Z. Elkin eyni zamanda Qafqaz ölkələri ilə viza rejimin sadələşdirilməsi məsələsinə də toxunub. Onun sözlərinə görə, söhbət terrorizmlə mübarizə və təhlükəsizlik məsələləri ilə bağlı təmasların və məsləhətləşmələrin intensivləşdirilməsi üçün bu ölkələrlə viza rejiminin sadələşdirilməsindən gedir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə