Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Buraxılış imtahanlarının nəticələri açıqlanıb
Buraxılış imtahanlarının nəticələri açıqlanıb
14 İyun 2013 / 17:16 / Baxış sayı: 78
Font1 Font2 Font3 Font4

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 12-də respublikanın 19 şəhər və rayonunda keçirilmiş növbəti buraxılış imtahanlarının nəticələrini açıqlayıb.

TQDK-nın mətbuat xidmətindən arxiv.bizimxeber.az-a verilən məlumata görə, imtahanların nəticələri və cavab kartlarının qrafik təsviri komissiyanın internet saytında yerləşdirilib.

Qeyd edək ki, imtahanlar Yevlax, Bərdə, Tərtər, Daşkəsən, Gəncə, Göygöl, Samux, Naftalan, Goranboy, Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Göyçay, Ucar, Kürdəmir, Ağdaş və Zərdab rayonlarının bütün orta ümumtəhsil müəssisələrinin 9 və 11-ci siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada aparılıb. IX sinif şagirdləri üçün imtahan saat 10:00-da, XI sinif şagirdləri üçün isə saat 15:00-da başlanıb. İmtahanlarda 26301 nəfər IX sinif , 19910 nəfər isə XI sinif şagirdi iştirak edib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə