Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

70-dən çox zabit Türkiyədən sığınacaq istədi
70-dən çox zabit Türkiyədən sığınacaq istədi
15 İyun 2013 / 10:38 / Baxış sayı: 46
Font1 Font2 Font3 Font4

Suriya ordusunun 70-dən çox zabiti ailələri ilə birlikdə Türkiyə ərazisinə keçərək bu ölkədən siyasi sığınacaq istəyib. APA-nın “Anadolu” xəbər agentliyinə istinadən verdiyi xəbərə görə, 7 general və 20 polkovnik daxil olmaqla 73 suriyalı zabit Türkiyənin cənubundakı Reyhanlı şəhərinə gəlib. Ailə üzvləri ilə birlikdə qaçqınların sayı 202 nəfər təşkil edib. Onların hamısı Türkiyədən siyasi sığınacaq istəyən suriyalı zabitlər üçün yaradılmış xüsusi düşərgəyə yerləşdirilib. Müdafiə nazirliyi və Reyhanlı şəhərinin rəhbərliyi zabitlərin Türkiyəyə gəldiyi tarixi açıqlamır.

Hal-hazırda Türkiyə ərazisində yaradılmış xüsusi düşərgələrdə 195 min suriyalı qaçqınların yaşadığı bildirilir. Türkiyə hökuməti bu düşərgələrdə məktəb, məscid, ticarət mərkəzi, uşaq meydançası, tibbi məntəqələrinin və yaşayış üçün əhəmiyyətli olan sair obyektlərin tikintisini maliyyələşdirir. Düşərgələrdə qidalanma, tibbi və bank xidmətləri, mühafizə təşkil olunub.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə