Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Brayza: “Ermənistanla Türkiyə istədiklərini eləyə bilər”
Brayza: “Ermənistanla Türkiyə istədiklərini eləyə bilər”
15 İyun 2013 / 11:07 / Baxış sayı: 28
Font1 Font2 Font3 Font4

“Ermənistan görəndə ki, Minsk prosesində heç bir kompromisə getmədən bu üstünlüyü əldə edə bilir, dərhal Qarabağa dair öz mövqeyini sərtləşdirdi”

ABŞ-ın Bakıdakı keçmiş səfiri, Minsk Qrupunun keçmiş amerikalı səfiri Metyu Brayzanın Ermənistanın “Mediamaks” agentliyinə müsahibəsi

– KİV-lərin xəbərlərinə əsasən, siz iyunun 7-də Bakıdakı çıxışınızda bəyan etmisiniz ki, Qərb Ermənistan-Türkiyə normallaşma prosesini Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasından ayırmaqla səhvə yol verdi. Bu açıqlamanız erməni siyasi dairələrində və KİV-lərində geniş diskussiyalara səbəb oldu.
– Mən əslində bunu demişdim: ABŞ administrasiyası Qarabağ münaqişəsinin nizamlanmasının Ermənistan-Türkiyə münasibətlərindən asılı olub-olmadığına dair indiyədək mövcud olan konstruktiv qeyri-müəyyənliyə son qoymaqla səhvə yol verdi. Bu iki prosesi birmənalı şəkildə ayırmaqla ABŞ Ermənistanın Qarabağ nizamlanmasından əldə etməyə çalışdığı üstünlüyü-bu məsələni Ermənistan-Türkiyə münasibətlərindən ayırmağa nail oldu. Ermənistan görəndə ki, Minsk prosesində heç bir kompromisə getmədən bu üstünlüyü əldə edə bilir, dərhal Qarabağa dair öz mövqeyini sərtləşdirdi. Nəticədə əvvəlcə razılıq verdiyi bir sıra mühüm güzəştlərdən geri çəkildi.
Eyni zamanda mən onu da demişəm ki, bu iki proses bir-birinə bağlamağın özü də səhv idi, bunu demək düzgün deyildi ki, Ermənistan-Türkiyə münasibətləri ancaq Qarabağ münaqişəsi nizamlanandan sonra normallaşa bilər. Bu, açıq-aşkar destruktiv mövqedir. Ən yaxşısı həqiqəti, məntiqi həqiqəti qəbul etməkdir. Bu həqiqət ondan ibarətdir ki, iki proses bir-biri ilə qeyri-mütləq şəkildə bağlıdır. Əgər prosesin birində proqres əldə edilsə, o zaman digər prosesə də birbaşa, yaxud dolayısı təsiri olacaq. Ən azından əhval-ruhiyyəni yaxşılaşdıracaq, gərginliyi azaldacaq. Ona görə də bu iki prosesi nə bir-biri ilə birbaşa başlamaq, nə ayırmaq düzgün deyildi. İmkan yaratmaq lazımdır ki, irəliləyiş əldə olunması naminə konstruktiv qeyri-müəyyənlik davam etsin.

– Siyasətçilər bu iki prosesi bir-biri ilə bu və ya digər formada bağlamağa çalışanda hamı Ermənistandan kompromislər gözləyir, Azərbaycandan yox. Əgər biz erməni-türk münasibətləri haqda danışsaq, İrəvanın mövqeyi aydındır-gəlin sərhədləri açaq və ilki şərtlər qoymadan münasibətləri normallaşdıraq. Ermənistandan başqa nə gözləyirsiniz?
– Mən hesab etmirəm ki, bu faydalı yanaşmadır. Sizin təsvir etdiyiniz yeganə məhdud məqsədə xidmət edir-tərəflərdən biri nəsə udsun. Əslində isə bu məsələ danışıqlar prosesində digər tərəfin ekvivalent güzəşti, məsələn, ərazilərin qaytarılması ilə müşayiət olunmalıdır. İstənilən danışıqlar prosesində bütün amillər bir-biri ilə qarşılıqlı bağlıdır. Hesab edirəm ki, əgər azərbaycanlılar desələr ki, 7 rayon qaytarılmasa bir daha danışıqlar prosesinə qatılmayacaqlar, bu faydalı olmayacaq. “Əraziləri qaytarın-danışıqlar aparaq”, yaxud “əraziləri qaytarın-biz Ermənistan-Türkiyə sərhədlərinin açılmasına razılıq verək” yanaşması düzgün deyil. Mən hesab edirəm ki, münaqişənin nizamlanmasına nail olmaq üçün yeganə yol baza prinsiplərinin bütün aspektləri üzrə danışıqlar aparmaqdır.

– Lakin Ermənistan-Türkiyə münasibətləri baza prinsiplərinin tərkib hissəsi deyil!
– Bəli, elədir. Bu, iki ölkə arasında danışıqlardır. Lakin Ermənistanla Türkiyə, Ermənistanla Azərbaycan arasında bütün ticarət əlaqələrinin bərpası baza prinsiplərinin tərkib hissəsidir. Ermənistanla Türkiyə istədiklərini eləyə bilər. Mən bu haqda danışıram ki, ABŞ-ın birbaşa şəkildə Qarabağ məsələsinin Ermənistan-Türkiyə münasibətləri ilə bağlı olmadığını deməsi düzgün deyildi.

– Siz deyirsiniz ki, əgər Qarabağ məsələsində irəliləyiş olsa, Türkiyə Ermənistanla münasibətlər qurmaqda maraqlı olacaq. Lakin başqa mövqe də var ki, 2001-ci ildə o vaxtkı xarici işlər naziri Vardan Oskanyan tərəfindən səslənmişdi. O deyirdi ki, əgər Türkiyə Ermənistanla sərhədləri açsa və münasibətləri bərpa etsə Ermənistan Qarabağ məsələsində daha konstruktiv davranmasına imkan yaradacaq. Belə ki, Ermənistan təhlükəsizliklə bağlı bir sıra tələbləri yumşalda bilərdi.
– Bu, başqa arqumentdir, hansı ki, Minsk prosesi çərçivəsində mən özümü də daxil olmaqla bir çoxları səsləndiriblər. Mən şəxsən bu arqumenti Azərbaycana təqdim etmişəm. Ancaq Bakıda deyirlər ki, “yox”.

– Türkiyə Ermənistanla Azərbaycan arasındakı münaqişədə açıq şəkildə Azərbaycanın tərəfini tutdu və Ermənistanla sərhədləri bağladı. Aydındır ki, Türkiyə hökuməti 20 il əvvəl səhvə yol verdi və bu gün də iki prosesi bir-birinə bağlamaqla səhv edir. Ancaq Siz çalışırsınız ki, bu səhvi legitimləşdirəsiniz…
– Mən Minsk Qrupunun həmsədri olanda bu iki prosesin bir-biri ilə birbaşa bağlanmasının əleyhinə çıxırdım. Şəxsən bu məsələni Türkiyə prezidenti ilə müzakirə etmişəm, müxalifət liderləri ilə müzakirə etmişəm. Demişəm ki, gəlin bu iki prosesi bir-biri ilə birbaşa bağlamayaq. Eyni zamanda bildirmişəm ki, iki prosesin birbaşa şəkildə ayrılması da faydalı deyil. Ən yaxşısı budur ki, bu iki prosesin bir-biri ilə bağlı olub-olmadığı haqda danışmayasan. Baxın, sizin keçmiş xarici işlər naziriniz Oskanyan hansı məntiqi reallıqdan danışır. O deyir ki, prosesin birində irəliləyiş olsa, digərinə də müsbət təsir edəcək.

– Siz hesab edirsinizmi ki, 2009-cu ildə imzalanmış Ermənistan-Türkiyə protokolları hələ “sağdır” və gec-tez tərəflər bu prosesdən formal şəkildə çıxacaqlar?
– Hesab edirəm ki, nə Ermənistan, nə Türkiyə bu prosesdən çıxmayacaq. Ermənistanla Türkiyə arasında çox konstruktiv danışıqlar oldu, ancaq sonda baş nazir Ərdoğan bəyan etdi ki, iki proses bir-biri ilə bağlıdır və Türkiyə parlamenti də bununla razılaşdı. Mən ümid edirəm və inanıram ki, Qarabağ məsələsində irəliləyiş əldə olunsa Türkiyədə siyasi əhval-ruhiyyə dəyişəcək, biz o zaman protokolların ratifikasiyasını görə biləcəyik. Lakin Türkiyədə siyasi reallıq bundan ibarətdir ki, Qarabağ məsələsində irəliləyiş yoxdursa, əhval-ruhiyyə neqativ olacaq. Hesab edirəm ki, bizim edə biləcəyimiz irəliləmək və Qarabağa dair sülh prosesini bərpa etməkdir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə