Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İki şüşə pivə oğrusu tutuldu
İki şüşə pivə oğrusu tutuldu
15 İyun 2013 / 12:52 / Baxış sayı: 30
Font1 Font2 Font3 Font4

İyunun 13-də Bakı şəhərinin Xəzər rayonu ərazisində maraqlı soyğunçuluq hadisəsi baş verib. Xəzər RPİ 1-ci PB-dan verilən məlumata görə, gecə saatlarında 1 nəfər sərxoş vəziyyətdə qəsəbə ərazisindəki marketə gəlib. Həmin şəxs əlindəki iri taxta parçası ilə marketin satıcısı 24 yaşlı Rövşən Atakişiyevi vurub. Marketin vitrinlərini vurub dağıdan soyğunçu iki şüşə pivə götürərək gedib.

Araşdırmalarla müəyyən edilib ki, soyğunçuluq etmiş şəxs 27 yaşlı Cavid Bayramovdur. O marketə gəlməzdən əvvəl tanışı Fəqan Əliyevə məxsus «ZiL» markalı yük maşınını qaçırıb. Daha sonra isə spirtli içkiləri də qəbul etdikdən sonra maşınla Nərimanov rayonu ərazisində qəzaya düşüb. Maşını qoyub qaçan Cavid Bayramov polis tərəfindən tutulub.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə