Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İlham Əliyev Həsən Ruhanini təbrik edib
İlham Əliyev Həsən Ruhanini təbrik edib
16 İyun 2013 / 18:37 / Baxış sayı: 10
Font1 Font2 Font3 Font4

Azərbaycan prezidenti İlham Əliyev İran İslam Respublikasının yeni seçilmiş prezidenti Həsən Ruhaniyə təbrik məktubu ünvanlayıb.

arxiv.bizimxeber.az-ın məlumatına görə, təbrikdə deyilir:

Hörmətli cənab Həsən Ruhani,

İran İslam Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Mən Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasındakı münasibətlərə böyük əhəmiyyət verirəm. Bu münasibətlər tarixən mehriban qonşuluq və dostluq şəraitində yaşamış xalqlarımızın iradəsindən qaynaqlanır. Xalqlarımızı, həmçinin ortaq mənəvi dəyərlər və ənənələr, zamanın sınaqlarından çıxmış qarşılıqlı inam və etimad hissləri birləşdirir.

Əminəm ki, ölkələrimizin və xalqlarımızın mənafelərinə uyğun olaraq belə möhkəm təməllər üzərində qurulmuş dövlətlərarası münasibətlərimizin, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın bundan sonra da müvəffəqiyyətlə davam etdirilməsi üçün birgə səylər göstərəcəyik.

Bir daha Sizə təbriklərimi yetirir, möhkəm cansağlığı, xoşbəxtlik, dost İran xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə