Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Masallıda 10 milyonluq korrupsiya
Masallıda 10 milyonluq korrupsiya
17 İyun 2013 / 2:10 / Baxış sayı: 62
Font1 Font2 Font3 Font4

Masallı icra hakimiyətinin başçısı Rafil Hüsenov rayonunun maliyyə şöbəsinin müdiri Azər Abdullayevlə əlbir olaraq son bir il də 10 milyon 500 manatlıq tender elan edib və bu vəsaitin əsas hissəsi mənimsənilib.

İcra hakimiyyətləri başçılarının əsas qazanc yerlərindən biri rayonda müxtəlif işlərin aparılması üçün tender elan etmək və daha sonra isə tenderi özlərinə bağlı olan şirkətlərə qazandırıb ayrılan vəsaiti mənimsəməkdir. Bu total korrupsiya halları demək olar ki, bütün rayonlar üçün səciyyəvidir.
Amma bəzən bu yeyinti halları elə fantastik məbləğləri əhatə edir ki, adam özü çaşıqın qalır. PİA.AZ-a Masallıdan daxil olan məlumat da adamı heyrətə gətirir. Belə ki, Masalının icra başçısı Rafil Hüseynov rayonda çalışdığı bir il iki ay müddətində təkcə icra hakimiyyəti xətti ilə 10 milyon 500 min manatdan artıq tender keçirib və demək olar ki, bu vəsaitin böyük əksəriyyəti mənimsənilib.
PİA.AZ-a daxil olan məlumatda bildirilir ki, Rafil Hüseynovun bu böyük korrupsiyasında onun əsas iş ortağı Masallı rayon maliyyə şöbəsinin müdiri Azər Abdullayev olub. Rafil Hüseynovdan bir neçə ay əvvəl Masallıya təyinat alan Azər Abdullayev rayona gəldikdən sonra tenderlərin sayı və məbləği böyüməyə başlayıb.
Mənbə bildirir ki, 2012-ci ildə isə Massalıya 65 tender ayrılıb. Ancaq təkcə Massallı İcra Hakimiyyətinin elan etdiyi tenderlərin ümumi məbləği 8 milyona yaxın olub. 2013-cü ilin ilk rübündə isə ayrılan tenderlərin sayı 90-nı keçib. Bu tenderlərində ümumi məbləği 3 milyon manatı ötüb. Mənbə bildirir ki, bu vəsaitlərin çox böyük hissəsi Rafil Hüsenov və Azər Abdullayev tərəfindən şərikli olaraq mənimsənilib. Ancaq cüzi bir hissə təyinatına görə xərclənib.
Buna misal gətirən mənbə bildirir ki, bu ilin birinci rübündə Masallı rayon İcra Hakimiyyəti Masallı şəhərində yaşayış binalarının dam örtüklərinin, fasadların təmir, şəhərdə abadlıq, yaşıllaşdırma və işıqlandırma işlərinin  satın alnması üçün 1 milyon manatlıq tender keçirib. Tenderi rəsmi olaraq “Masallı-Tikinti” MMC udub. Maraqlıdır ki, həmin 1 milyon təyinatına görə xərclənməyib. Sadəcə sənədlərdə xərclər göstərilib və binaların örtüklərinin, fasadların təmirini, şəhərdə abadlıq, yaşıllaşdırma və işıqlandırma işlərinin aparılması ayrı-ayrı sahibkarların, idarə və müəssisə rəhbərlərinin, həmçinin ayrı-ayrı vətəndaşların üzərinə qoyulub və 1 milyon manat tamamilə mənəimsənilib.
Bundan başqa bu ilin birinci rübündə Masallı şəhərinin daxili yollarının asfalt örtüyünün təmir olunması üçün 550 min manatlıq vəsait ayrılıb. Yollara 41 saylı Masallı Yol İdarəsi sadəcə «yamaq» vurmaqla kifayətlənib. Ayrılan vəsitin üçdə iki hissəsini isə Masallı maliyyə şöbəsinin müdiri Azər Abdullayev şəxsən nəqdləşdirib.
Bundan başqa mənbə bildirir ki, Masallı İcra Hakimiyyətinin uşaq baxçaları üçün elan etdiyi bütün tenderlərin vəsaiti, maşın və avadanlıqların, dəftərxana ləvəzimatlarının satın alınması üçün keçirilən bütün tenderlərin vəsaiti, mənzil fondlarının əsaslı şəkilədə təmir olunması üçün ayrılan vəsaitlərin böyük bir hissəsi, icra nümayəndəlikləri üçün bərk və yumşaq mebellərin satın alınmassı üçün keçirilən bütün vəsaitlər icra başçısı Rafil Hüseynov və maliyyə şöbəsinin müdiri Azər Abdullayev tərəfindən mənimsənilib.
Bildirilir ki, son bir ildə bu ikilinin tenderlər vasitəsi ilə dövlətdən mənimsədikləri vəsait 6-7 milyon manatın arasında olub və təbii ki, bura büdcə təşkilatlarından əldə etdikləri qazanc daxil deyil.
Qeyd edək ki, mənbə Azər Abdullayevin korrupsioner fəaliyyəti ilə bağlı daha geniş məlumata və faktlara sahib olduğunu bildirir…
Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq…
arxiv.bizimxeber.az


Masallıda 10 milyonluq korrupsiya yazısına 1 şərh yazıldı




Yuxarı Geri Ana səhifə